Birləşmiş Ştatlarda bayram alış-veriş mövsümü pərakəndə satış şirkətləri maksimum gəlir əldə etməyə çalışır. Şükranlıq gününün səhəri “Qara Cümə” adlanır. Bu, pərakəndə satış şirkətlərinin nəhayət alqı-satqının az olduğu “qırmızı” günlərdən fərqli olaraq “qara cümə“ günü böyük gəlir əldə etməsi deməkdir.
“Qara Cümə” günü böyük endirimlər təklif edən mağazalar qapılarını evlərdə bayram süfrələrindən əvvəl açır. Bəzi mağazalar yaxşı gəlir əldə etmək üçün bir neçə gün münasib qiymətlər təklif edir. Adamlar endirim təklif edən mağazaların qarşısında bəzən saatlar növbədə dayanır.
Növbələrdə dayanmaq istəməyənlər isə “qara cümə”dən sonra “Cyber Monday”, vəni “kiber bazar ertəsi” adlanan gün alış-verişi internetdə online edir.