ABŞ eksperti Azərbaycanda biznes seminarı keçirir

Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standfor universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen iyunun 26-dan 30-dək Azərbaycanda səfərdədir.

O, İqtisadiyyat, Kommunikasiya və Nəqliyyat nazirliklərinin nəzdində fəaliyyət göstərən biznes inkubatorlarının və yerli universitetlərin təmsilçiləri ilə görüşərək biznes sahəsində ekoloji məsələlərin həll olunması barədə müzakirələr aparacaq.

Rasmussen həm də Clean Tech Competition Program ClimateLaunchPad National Final biznes müsabiqəsinin beynəlxalq hakimlərinin biri kimi iştirak edəcək. O, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görüşlər keçirərək investisiya siyasətini və Azərbaycan hökumətinin start-up bizneslərinə verə biləcəyi köməyi müzakirə edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi xəbər yayıb.