Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd edilir

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd edilir

Noyabrın 17-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökumətinin və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə 2017-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.

Tədbirdə Milli Məclis üzvləri, dövlət qurumları, ictimai birliklər, beynəlxalq təşkilatlar, səfirliklər və beyin mərkəzlərinin nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları Azərbaycanda qadın sahibkarlığının inkişafının qarşısında duran maneələri dəf etmək yolları haqqında müzakirələr aparıblar.

USAID-in Azərbaycandakı missiya rəhbəri Mikaela Meredis qeyd edib ki, sahibkarlığa dəstək ABŞ hökumətinin başlıca prioritetidir. M.Meredis ABŞ hökumətinin dəıstəyi ilə Azərbaycanın bölgələrində Qadın Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyini, qadınların sahibkarlıqla bağlı treninqlərə cəlb edildiyini bildirib.

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd edilir

"Sahibkarlıq iş yerləri yaradır, habelə sabitlik və firavanlığa töhfə verir. Qadınlar öz biznesini yaradıb idarə edə bildikdə iqtisadi inkişafda güclü rol oynaya bilirlər. Bütün dünyada qadınların öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olan ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar möhtəşəm ideya və əzmkarlıqla öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər, yetər ki, onlara bunun üçün resurslar verilsin”.

Missiya rəhbəri sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları müsbət qiymətləndirib.

BMT-nin rezident əlaqələndiricisi və UNDP-nin rezident nümayəndəsi Qulam İsaqzai qeyd edib ki, 2030-cu ilə kimi Davamlı İnkişaf Gündəliyi qadın sahibkarlığının genişlənməsini yoxsulluq probleminin həlli, bərabərsizliyin aradan qaldırılması, qlobal universal təhsil istiqamətində irəliləyiş və hər kəsə keyfiyyətli səhiyyə imkanlarını təmin etmək üçün vacib katalizator kimi nəzərdən keçirir.

"Qadın sahibkarlığını gücləndirmək üçün BMT sistemi, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakcıların davamlı dəstəyinə ehtiyacımız var. UNDP-nin Azərbaycan nümayəndəliyi olaraq resurslarımızın əhəmiyyətli qismini qadın sahibkarlara kömək etmək, işgüzar qadınları nümunə kimi təşviq etmək və qadınların özəl sektorda fəal və faydalı fəaliyyətini gücləndirmək üçün daha yaxşı siyasətləri təbliğ etmək üçün sərf edirik”, o, bildirib.

Milli Məclisi deputatı Vahid Əhmədov bildirib ki, Azərbaycabnda sahibkarlıq haqqında qanunvericilik qadınların sahibkarlıq fəaliyyətini təşviq edir.

“Qadınların sahibakarlığının inkişafı vacibdir. Çünki qadınlar rüşvəıtə, korrupsiyaya az meyllidir”, o qeyd edib.

Deputata eyni zamanda ölkədə sahibkarlıöa mane olan amillərdən danışıb.

O ölkədə hələ “Rəqabət Məcəlləsi”nin qəbul edilməməsini qeyd edib.

“Çünki bazarda inhisarçılıq mövcuddur", o qeyd edib.

Deputat ölkədə bank-maliyyə sistemindəki son problemlərdən danışıb.

“MDB-də ən böyük kredit faizləri Azərbaycandadır”.

2008-ci ildə başlayaraq dünya boyu Qlobal Sahibkarlıq Həftəsi keçirilir. 13-19 noyabr tarixlərində dünyada milyonlarla insan yeni nəsl sahibkarları ruhlandıran, birləşdirən müxtəlif tədbir və müsabiqələrdə iştirak edir.