"Bizim ailəmizin yaşadığını hamınız yaşamalısınız"

Your browser doesn’t support HTML5

Avqustun 25-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Tofiq Yaqublu məhkəmədə bildirib ki, proses canlı yayımlanmalıdır və bütün media nümayəndələrinə prosesdə iştirak etməyə imkan yaradılmalıdır. Necə ki, Ramiz Mehdiyevin kürəkəninin və onun qudasının məhkəmə prosesində mediaya imkan verilmişdi". Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib. Tofiq Yaqublunun vəkilləri fasilə zamanı müdafiə etdikləri şəxs ilə konfidensial söhbət etmək üçün hakimdən 5 dəqiqə vaxt istəyiblər. Onların qeyd etməsinə görə, hakim Nəriman Mehdiyev buna icazə versə də, prosesdə iştirak edən konvoy konfidensial söhbəti zamanı vəkilləri və Tofiq Yaqublunu tək buraxmayıblar. Nahar fasiləsindən sonra proses şahid ifadəsi ilə davam edib. Növbəti məhkəmə prosesi avqustun 26-na təyin olunub. Tofiq Yaqublu bu il martın 22-də həbs olunub. Tofiq Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir.