Cənub-şərqi Asiya ölkələrinin xarici işlər nazirləri Birmanın 2014-cü ildən etibarən ASEAN-a rəhbərlik etməsinə dair müraciətinin səsə qoyulması barədə razılıq əldə edib. İndoneziyanın Bali adasında toplaşan xarici işlər nazirləri razılığı bu gün əldə edib. İnsan hüquqları qrupları və bəzi hökumətlər Birmanın sədrliyinin əleyhinə çıxaraq, bu ölkənin demokratik islahatlar aparmalı olduğunu bildirir. Birma son illər bir sıra islahatlar həyata keçirib. ASEAN-a rəhbərliyi əvvəllər rədd edilən Birma 2000-ə yaxın siyasi məhbusu bu həftə azad edəcəyinə vəd verib. Qurum Brmanın sədrliyinin onu islahatlar təşviq edəcəyini bildirir. Həftə sonu ASEAN-ın sammitinə ABŞ prezidenti Barak Obama da qatılacaq.