Amerikalı müharibə iştirakçıları (audio)

  • Amerikanın səsi

Amerikalı müharibə iştirakçıları (audio)

2001-ci ildə sentyabr ayının 11-dən sonra ABŞ hərbi qüvvələri İraq və Əfqanıstanda terrorizmə qarşı qlobal müharibəyə cəlb edildi. Bəzi amerikalı əsgərlər son on il ərzində bir neçə dəfə müharibəyə gedib. 2001-ci ildə terroristlər Birləşmiş Ştatlara hücum edəndə Cenifer Haqqinsin cəmi dörd yaşı var idi və o dövrdən onun atası polkovnik Barri Hagens dörd ildən artıq müddətdə müharibədə olub. Cennifer üçün onunla keçirilən vaxt çox qiymətlidir.

Cenifer Haqens: `Onunla şam yeməyinə getməyi və söhbət etməyi çox sevirəm. Mənim üçün onunla keçirdiyim anlar çox qiymətlidir. Mən bilirəm ki, o, getdikdən sonra bunu edə bilməyəcəm.`

Hagenslər ailəsində olan ailəyə bağlılıq yaxşıdır. Lakin tədqiqatlar uzun müddət evdən uzaqda xidmət göstərən əsgər uşaqlarının depressiya və narahatlıqdan əziyyət çəkdiklərini göstərir.

Cenifer Haqin: `Onun geri qayıtmaya biləcəyini düşünmək çox çətindir və onun mənim həyatımda baş verən mühüm anlarda yanımda olmaması məni məyus edir. Mən tədricən bu cür həyata uyğunlaşıram və onun yanımda olmamasına baxmayaraq gündəlik həyatımda baş verən hadisələr barədə daim onu məlumatlandırıram. `

Amerikalı müharibə iştirakçıları (audio)

Valideyinlər bəzən müharibənin acı həqiqətlərini övladlarından gizlədirlər. Cenniferin anası Mişel beş il bundan əvvəl məhz belə etdi. O, həyat yoldaşının intiharçı hücumunda yaralandığını qızından gizlətdi.

Mişel Haqis: `Biz ona dedik ki, ata yerə yıxılıb əzilib. Bilirsiniz mən doqquz yaşlı qızımın üzünə baxa bilmirdim. Axı mən necə deyərdim ki, bir nəfər atanın yanında özünü partladıb və ata yaralanıb ona görədə biz onu 12,15 ay görməyəcəyik.

Lakin bəzi həqiqətləri gizlətmək çox çətindir. Müharibə Liza Haletin həyat yoldaşını əlindən aldı və indi o, üç uşaqla tənha qalıb. Lizanın həyat yoldaşı kapitan Con Halet 2009-cu ildə Əfqanıstanda həlak oldu. Liza deyir ki, uşaqlara atalarının heç zaman qayıtmayacağını başa salmaq çox çətindir. Müasir ABŞ ordusunda bəzən analar müharibəyə gedir, atalar isə evdə qalaraq uşaqlarının qayğısına qalırlar.

Xüsusi əsgər Şauna Fizerin oğlu Devon yeddi aylıq olanda Fizer İraqa göndərildi. Üç ay sonra isə Fizer yaralanaraq geriyə, evə döndü. O, yeriyə bilmirdi. Devon anasını görərkən onu tanımadı. Amerika qoşunları könüllü qüvvələrdən ibarətdir, lakin bu, müharibə zamanı yaşanılan çətinliklər və əziyyəti heç də asanlaşdırmır.