ABŞ müdafiə naziri: İraq xalqı azad və suverendir

  • Amerikanın səsi

ABŞ müdafiə naziri: İraq xalqı azad və suverendir

Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta ABŞ hərbi qüvvələrinin İraqdakı missiyasının başa çatmasının bu ölkənın azadlıq və suverenliyini əldə etməsinə işarə olduğunu deyib. Bu gün Bağdadda keçirilən mərasimdə etdiyi çıxışı zamanı cənab Panetta ABŞ qüvvələrinin İraqı tərk etməsini tarixi hadisə adlandırıb.

Dekabrın 31-də ABŞ-ın İraqda qalan əsgəri qüvvəsi ölkəni tərk etməlidir. Birləşmiş Ştatların İraqda 170 minə qədər əsgəri var idi ki, bu gün onlardan yalnız dörd mini qalıb.

Cənab Panetta deyib ki, əsgərlər İraqı bu xalqın zülmdən azad olaraq, yeni həyata başlamalarına kömək etdiklərini bilərək tərk edirlər.