Hər il Birləşmiş Ştatlarda yaşayan Afrika mənşəli amerikalılar HİV/QİCS gününü qeyd edir. Ölkədə bir milyondan çox insan QİCS xəstəliyinə səbəb olan HİV virusunun daşıyıcısıdır. Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzinin son məlumatında deyilir ki, hər il HİV virusuna 50 minə qədər insan yoluxur və bunların çoxu Afrika mənşəli amerikalılardır.
Afrika mənşəli amerikalılar ABŞ əhalisinin 13 faizini və ölkədə HİV virusuna yoluxan insanların yarısını təşkil edir. Epidemiyaya ölkə boyu qaradərili icma üzvləri, hən gənclər, həm də yaşlılar tutulur.
Şeron Arilin Bredli irqi bərabərlik və insan haqları məsələləri ilə məşğul olan NAACP təşkilatında səhiyyə şöbəsinin direktorudur. İndi təşkilatın nəzdində QİCS şöbəsi də fəaliyyət göstərir. O deyir ki, hər 16 kişidən və hər 13 qadından biri bu virusa yoluxur.
Hər yeridə olduğu kimi burada da QİCS-ə yoluxmanın əsas səbəbləri cinsi əlaqələr zamanı ehtiyatlı olmamaq, çox sayda insanla cinsi əlaqədə olmaq, narkotikl maddələrdən istifadə edərkən eyni iynədən istifadə etmək və vaxtında müalıcə olunmamaqdır.
Milli Səhiyyə İnstitutunda həkim Con Ruffin azlıqlar arasında sağlamlıq məsələləri ilə məşğuldur. “Burada əsas məsələ çox sayda insanın səhiyyə sığortasının olmamasıdır. Xəstəliyə tutulanların çoxunun müalicə olunmaq imkanı yoxdur” - deyə, o bildirir.
Emoni Simpson adlı qadın gənclərə HİV virusuna tutulmamağın yollarının öyrədildiyini deyir. “Biz insanlarla əlaqə yaradırıq, tədbirlər keçiririk və onları testlərdən keçməyə təşviq edirik.”
Afrika mənşəli amerikalılar arasında HİV virusunun yayılmasının homoseksuallar arasında yayıldığına dair bir qəbul olunmuş fikir mövcuddur. Həm səhiyyə rəsmiləri, həm də icmalardakı fəallar deyir ki, yoluxma hallarının azaldılması üçün bu qəbul olunmuş fikirlər dəyişməlidir. Bunun üçün icmalarda xəstəliklə bağlı maarifləndirmə işi aparılmalı, testlər keçirilməli, xəstəliyin müalicəsi ilə yanaşı insanlara səhiyyə xidmətləri göstərilməlidir.