Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün sərhədlərin qorunmasına dair sənədə imza atıb

Sənəd bu həftə Senat və Nümayəndələr Palatası tərəfindən təsdiq edilib

Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün sərhədlərin qorunmasına xərclənəcək 600 milyon dollarlıq sənədə imza atıb. Sənəd bu həftə Senat və Nümayəndələr Palatası tərəfindən təsdiq edilmişdi. Sənəddə nəzərdə tutulan vəsait əsasən Birləşmiş Ştatların cənub-qərbdəki Meksika ilə sərhədlərinə yerləşdiriləcək 1000 nəfər əlavə hərbi qüvvəyə veriləcək. Bu sənədə əsasən eləcə də, Sərhəd Mühafizə orqanlarına 250, narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədi ilə Mühacirət və Gömrük təşkilatına da 250 nəfər yeni işçi cəlb edilməsi nəzərdə tutulur.