Çində quş qripi aşkar edilib

Ölkəyə idxal olunan toyuqlarda öldürücü H7N9 virusu aşkar edildiyi üçün Honq-Konqun Səhiyyə Nazirliyi bu gün 20 min toyuğun məhvinə göstəriş verib. Ağ paltarda və maskada olan işçilər toyuqları içərisində zəhərli qaz olan qara plastik torbalara yerləşdiriblər.

Honq-Konqun ərzaq və səhiyyə naziri, doktor Ko Vinq-Man xəstə toyuqların ölkənin cənub Quandun bölgəsindən gətirildiyini deyib.

Quş qripi virusunun aşkar edildiyi Çenq-Şa-Van bazarının sterilizasiya edildiyi və 21 gün müddətində bağlandığı, eləcə də toyuqların gətirildiyi bölgədən idxalın dayandırıldığı bildirilir.