Bir qrup kino adamı prezidentə müraciət ünvanlayıb

Your browser doesn’t support HTML5

Bir qrup kino adamı Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıblar. Müraciətdə 90-cı illərdən bu günə qədər ölkəmizdə kino sahəsində böyük bir böhran yaşandığı vurğulanır. "Hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar və Mədəniyyət Nazirliyinin balansında olan yeganə kinoteatr “Nizami” Kino Mərkəzi fəaliyyət göstərir ki, onların hamısı çoxbüdcəli yerli və xarici kommersiya filmlərinin nümayişlərindən, bilet satışlarından gəlir əldə edir. Bu cür prokat sistemi isə həm əhalini kinodan uzaqlaşdırır, həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur. Bütün bunları dəyişdirmək üçün biz bir qrup kino adamları “az büdcəli filmlərin kino industriyası modeli”nin Azərbaycanda tətbiqini istəyir". Rejissor Elvin Adıgözəl müraciət barədə Amerikanın səsinə danışıb.