Uğur Şahinin növbəti hədəfi xərçəngə qarşı vaksindir
Your browser doesn’t support HTML5
Bütün dünya onları koronavirusa qarşı ilk peyvəndi hazırlayan alimlər kimi tanıyır. Lakin Almaniyanın BioNTech şirkətinin təsisçiləri Uğur Şahin və Özlem Tureçi on illər boyu xərçəng xəstəliyinin çarəsini tapmağa çalışır. Hazırda alimlər səylərini yenidən xərçəng xəstəliyinin müalicəsinə yönəldiblər. Amerikanın Səsinin Türk xidmətinin jurnalisti Dilge Timuçin bu yaxınlarda Vaşinqtonda elmi konfransda iştirak edən Uğur Şahinlə bu haqda söhbət edib.