Xalid Bağırov hesab edir ki, 10 illər boyu davam edən iqtisadi ədalətsilik “19 yanvar partlayışı”na gətirib
Vəkil Xalid Bağırov Amerikanın Səsi radiosuna müsahibəsində “Binə” ticarət mərkəzidnə sahibkarların aksiyasını “iqtisadi ədalətsizliyə etiraz” kimi dəyərləndirib.
“Sahibkarlardan mütəmadi yığılan qanunsuz “haqlar”ın bu etiraza səbəb olub. Etirazın kökü yanvarın 19-da qoyulmayıb, əksinə neçə 10 illər boyu davam edən iqtisadi ədalətsilik tədricən “19 yanvar partlayışı”na gətirib”.
Onun sözlərinə görə, sahibkarların etirazları indiyə kimi lokal şəkildə 10-12 dəfə təkrarlanıb.
“Bu ticarət mərkəzi hələ aeroport yaxınlığında yerləşərkən sahbkarlar mağazaları faktiki alıb, amma yerlər adlarına özəlləşdirilməyib. İndiki əraziyə keçəndə həmin yerləri ikinci dəfə sahibrkarlara satıblar. Ticarət mərkəzində faktiki sahibkar yoxdur, çünki, mağazalar ticarətçilərə icarəyə verilib. Burada ancaq icarədarlar var. Belə halda adları sahibkar olan şəxslər həm əmlak vergisi, həm də icarə haqqı ödəyir. Üstəlik, müştəri çox olan yerdə mağaza almaq istəyənlər əlavə haqq ödəyirlər. İndiyə kimi kassa aparatı olmadan işləyən mağazalara yay aylarında kassa aparatları qoyulub, amma bunlar icarədarlara qanunun tələbi şəkilində təhvil verilmədiyi üçün onlardan istifadə olunmayıb. Bu günlərdə isə kassa aparatlarından istifadə etmədiklərinə görə icarədarlar yüksək cərimə cəzasına məruz qalıblar. Mağazalara görə aylıq yer haqları 1500-3000 manat təşkil edir. Belə iqtisadi haqsızlıqlar 19 yanvar aksiyasına səbəb olub”.
Aksiyanı dağıtmaq üçün çevik polis alayının hadisə yerinə gətirilməsi yüksək səviyyədə sanksiyalaşdırılmış addım kimi dəyərləndirilib. Eyni zamanda polisin dinc aksiyaya müdaxiləsi sərbəst toplaşmaq azadlığının, ifadə azadlığının, iqtisadi hüquqların müdafiəsi azadlıqlarının kobud şəkildə tapdanması kimi dəyərləndirib.
Polisin aksiyaya müdaxiləsi nəticəsində 100-lərlə adam saxlansa da yalnız 10 nəfər barəsində cinayət işi qaldırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələrilə ittiham irəli sürülüb.
Yanvarın 19-da sahibkarların saxlandıqları Lökbatan 10 saylı polis bölməsinə gedən vəkillər xidmətlərini təklif etsələr də yalnız bir nəfər vəkillə müqvilə bağlayıb.
“Həbslər, həbs edilən insanlara qarşı ittihamlar əassızdırb. Həbslər daha çox sahibkarların gözünü qorxutmaq məqsədi daşıyır”.
Azərbaycan vergilər nazirinin müavini Natiq Əmirov isə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərində işləyən sahibkarlar vergiləri birbaşa dövlət büdcəsinə ödəməlidirlər.
“Bu məqsədlə ticarət mərkəzlərindəki mağazalarda kassa aparatları qoyulur. Bazarlarda işləyən bəzi sahibkarların vergilərin ticarət mərkəzlərinin sahiblərinə ödədikləri icarə haqqının məbləğinə daxil olduğu barədə yanlış fikir formalaşıb”, o qeyd edib.
N.Əmirovun sözlərinə görə, ötən il Vergilər Nazirliyinin nümayəndələri ticarət mərkəzlərinin sahibləri ilə xüsusi görüş keçirib və onlara bir il ərzində vergilərin ödənilməsi məsələsinin həlli zərurəti haqqında xəbərdarlıq edib.
“Sahibkarların vergiləri ödəməməsində bu məsələləri izah etməyən ticarət mərkəzlərinin sahibləri də təqsirlidir”.
O, həmçinin qeyd edib ki, 2013-cü il ərzində ticarət mərkəzlərinin bütün mağazalarında kassa aparatları quraşdırılacaq.
Xatırladaq ki, kassa aparatlarının qoyulması və eyni zamanda icarə haqqının artırılması “Binə” Ticarət Mərkəzində çalışan sahibkarların narazılığına səbəb olub. Yanvarın 19-da etiraz əlaməti olaraq bir qrup sahibkar Bakı-Astara avtomobil yolunu bağlayıb. Aksiya polis tərəfindən dağıdılıb. 10 iştirakçı barəsində həbs qətimkna tədbiri seçilib, 30 nəfər inzibati qaydada cəzalandırılıb.
Your browser doesn’t support HTML5