Bill Kosbi seksual təcavüz ittihamlarından sonra ilk dəfə ictimayyət qarşısına çıxıb

Afro-amerikalı komediya ustası Bill Kosbi 2015-ci ildə seksual təcavüz qalma-qalından sonra bazar ertəsi gecə ilk dəfə olaraq ictimayyət qarşısında çıxış edib.

80 yaşlı Kosbi doğma Filadelfiya şəhərində caz klubda çıxışı zamanı kinayə ilə “bir zamanlar komediya ustası” olduğunu deyib.

Bundan sonra o, zarafatı dayandıraraq caz qrupu ilə birgə ifaya başlayıb.

Onun sonuncu komediya turu onlarla qadın Kosbini 50 il müddətində onlara narkotik maddə verib, seksual təcavüzə məruz qoymaqda ittiham etdikdən sonra etirazlarla əlaqədar təxirə salınıb. Kosbi bu ittihamları rədd edib.

Kosbinin 2004-cü ildə Filadelfiyadakı evində bir qadına narkotik maddə verərək, ona seksual təcavüz etməsi ilə bağlı məhkəmə işinə aprelin 2-si yenidən baxılacaq.

O, ittihamları rədd edib və hazırda zaminə buraxılıb.