Bidzina İvanişvili Gürcüstan hökumətinə qarşı etiraz aksiyalarının dayandırılmasına çağırıb

Bidzina İvanişvili tərəfdarlarını Gürcüstan hökumətinə qarşı etiraz aksiyalarının dayandırılmasına çağırıb. Bu gün müxbirlərlə görüşü zamanı o deyib ki, seçkilərlə bağlı bütün mübahisələr məhkəmələrdə həll edilməlidir. İvanişvili Gürcüstan Arzusu koalisiyasının parlamentin nəzarətini yaxın zamanda ələ alacağını bildirib.
Parlament seşkilərinin qalibi olan koalisiyanın rəhbəri ilk xarici ölkə səfərinin ABŞ olacağını deyib.
Onun bəyanatı milyarder İvanişvilinin Rusiya tərəfdarı olduğuna dair iddiaları etibardan salır. Baxmayaraq ki, o, Rusiya və Qərblə yaxından əməkdaşlıq edəcəyini bəyan edib.
Rusiya parlament seçkilərindən sonra Gürcüstanla münasibətlərin normallaşacağına ümid etdiyini bildirir.