Həkim: COVID diaqnozundan sonra Prezident Bayden yüngül simptomlar keçirir

Prezident Co Bayden COVID-19 testinin müsbət çıxmasından bir neçə saat sonra çərşənbə günü axşam jurnalistlərə "özünü yaxşı hiss etdiyini" deyib. Ağ Ev bu barədə həmin gün axşam, onun ispandilli seçicilərə müraciət etməyi planlaşdırdığı Las Veqasdakı çıxışını qəflətən ləğv etməsindən az müddət sonra elan edib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer verdiyi açıqlamada 81 yaşlı prezidentin testinin çərşənbə günü Las-Veqasdakı ilk tədbirindən sonra müsbət çıxdığını və "yüngül simptomlar" yaşadığını bildirib. O əlavə edib ki, prezident virusa qarşı peyvənd olunub və o, özünü təcrid edəcəyi Delavar ştatının Rehobot şəhərindəki evinə qayıdacaq.

"Ağ Ev prezidentin vəziyyəti ilə bağlı mütəmadi olaraq yeni məlumatlar təqdim edəcək, belə ki, o, təcrid olunmuş vəziyyətdə ofisin bütün vəzifələrini yerinə yetirməyə davam edir," Jan-Pyer bildirib.

Ağ Ev sözçüsünün bəyanatından sonra Baydenin həkimi onun prezidentin tənəffüsünün, temperaturunun və qanındakı oksigen səviyyəsinin normal olduğunu və müalicə aldığını əlavə bəyan edib. Adı açıqlanmayan həkim Baydendə burun axması, öskürək və ümumi qırğınlıq kimi simptomların olduğunu deyib.

"Onun simptomları yüngül olaraq qalır. Tənəffüs dərəcəsi normaldır, hərarəti 36.5, nəbzinin oksimetriyası 97% olmaqla, normaldır. Prezident "Paxlovid"in ilk dozasını alıb. O, Rehobotdakı evində özünü təcrid edəcək” - deyə, qeyd edilib.