Prezident Co Baydenin seçki kampaniyasının növbəti dayanacağı Nevada ştatıdır. Burada şərşənbə axşamı günü erkən və qiyabi səsvermə ilə "Qərb ştatlarında ilk" praymeri keçirilir. Lakin Demokrat prezident və onun komandası bu səfərdən noyabrda keçiriləcək ümumi seçkilərdə dəstəyi gücləndirmək üçün də istifadə edirlər.
Bayden həftə sonunun bir hissəsini Kaliforniyada keçirdikdən sonra bazar ertəsi gününə qədər çıxış etmək üçün bazar günü Las Veqasa gəlib.
O, bazar günü Nevada ştatının Las Veqas şəhərində keçirilən iki seçki kampaniyası tədbirində çıxış edib.
Bundan bir gün əvvəl Bayden Cənubi Karolinada keçirilən praymerizdə qalib gəlib.
Prezident sonuncu dəfə dekabr ayında Nevadaya səfəri zamanı ölkə daxilində sərnişin dəmir yolu layihələri üçün 8 milyard dollardan çox federal maliyyənin ayrıldığını vurğulamışdı.
Baydenin yenidən seçilmək üçün seçki kampaniyasının sözçüsü Maykl Tayler bildirib ki, prezident çərşənbə axşamı keçiriləcək praymeriz səsvermələri üçün tərəfdarlarını səs verməyə çağıracaq və 2020-ci ildə Respublikaçı Donald Trampa qarşı mübarizənin revanşı olacağı gözlənilən payız seçkilərinə qədər impuls toplamağa çalışacaq.
Seçki kampaniyasının bildirdiyinə görə, Las-Veqasda Bayden “seçicilərlə ABŞ demokratiyasının gələcəyi uğrunda mübarizə kimi qiymətləndirdiyi seçkinin əhəmiyyəti haqqında danışacaq”.
Nevada 2020-ci ildə seçicilərin əksəriyyətinin Baydenə səs verdiyi ştatlardan biridir: o, keçmiş prezident Donald Tramp üzərində qələbə çalaraq, rəqibindən 35 min səs çox toplamışdı.
Noyabr ayında New York Times/Siena sorğusu göstərir ki, Nevadada Baydenin reytinqi 36% təşkil edir.
Tramp bu həftə Nevada ştatında ilkin seçkidə adının səsvermə bülletenində olmamasına baxmayara, Respublikaçılar Partiyasından namizəd olaraq nominasiya alacağına ümid bəsləyir.
Fevralın 24-də Cənubi Karolina ştatında Respublikaçıların praymerizləri keçiriləcək. Tramp və ştatın keçmiş qubernatoru Nikki Heyli arasında yenidən mübarizə aparılacaq.