Almaniyaya səfər edən Bayden əsas diqqəti Yaxın Şərq və Ukraynaya yönəldib

Cümə günü Almaniyaya ildırım sürəti ilə təmtəraqlı səfər edən prezident Co Bayden Transatlantik birliyə çağırış edib və Almaniyanın mülki vətəndaşlara verilən ən yüksək mükafatını qazanıb.

Bayden Berlində həmçinin Rusiyanın təcavüzünə qarşı Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdə sürətlə dəyişən vəziyyət də daxil olmaqla, bir sıra məsələləri müzakirə etmək üçün Almaniya kansleri Olaf Şoltz, Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Keyr Starmerlə görüşüb.

Baydenin cümə günü dövlət səfəri İsrail qüvvələrinin keçən il oktyabrın 7-də İsrailə qarşı dəhşətli hücumu ilə Qəzzada başlayan amansız müharibəyə səbəb olan ABŞ-ın terror qruplaşması kimi təyin etdiyi HƏMAS-ın liderinin ölüm xəbəri fonunda baş tutub.

Cümə axşamı Almaniyaya endikdən bir neçə dəqiqə sonra Bayden HƏMAS lideri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürülməsinə münasibət bildirərək, bunu "dünya üçün yaxşı gün" adlandırıb.

O, "indi hərəkət etmək vaxtıdır. Davam etmək, Qəzzada atəşkəsə doğru irəliləmək, bizim bütün dünya üçün hər şeyi yaxşılaşdıra bildiyimiz istiqamətdə hərəkət etmdiyimə əmin olmaq. Bu müharibənin bitməsinin və bu girovları evlərinə gətirməyin vaxtıdır" deyib.

Bayden ertəsi gün planları müzakirə etmək üçün dövlət katibi Antoni Blinkeni İsrailə göndərəcəyini bəyan edib.

Almaniya üçün, Holokostdan sağ çıxmış Marqot Friedlanderlə də qısa görüşün daxil olduğu bu bir günlük səfər, çox mənalı və tarixi bir gün olub.

Baydeni ölkənin ən yüksək mükafatı, "Şərəf ordeni” ilə təltif edən Almaniya Prezidenti Frank-Volter Ştaynmayer Baydenin səfərinin əhəmiyyəti haqqında danışarkən, onun 1980-ci illərin əvvəllərində, gənc ABŞ senatoru kimi o zaman bölünmüş olan ölkənin paytaxtı Bonn şəhərinə səfərini də yada salıb.

Ştaynmayer əsl alman üslubunda zarafat edərək, 40 yaşlı senatoru müşayiət edən büroktatın çoxlu qeydlər etdiyini, Almaniya ilə "çox maraqlandığını" və gənc senatorun "əhəmiyyətli siyasi gələcəyi" ola biləcəyi qənaətinə gəldiyini bildirib.

Ştaynmayer Baydenin yaxasına səkkiz guşəli qızıl ulduzu sancmazdan əvvəl "Nə diqqətəlayiq ifadədir. Bu gün siz ABŞ-ın 46-cı prezidentisiniz və sizin rəhbərliyiniz altında Transatlantik alyans daha güclüdür və tərəfdaşlığımız həmişəkindən daha yaxındır” deyib.