ABŞ Prezidenti Co Bayden İdalia fırtınasının vurduğu ziyana nəzər salmaq və fırtınanın təsirinə məruz qalan insanlara ürək-dirək vermək üçün şənbə günü Floridaya yola düşür. Ancaq o, orada ştatının Respublikaçı qubernatoru və prezidentliyə potensial namizəd Ron DeSantislə görüşməyəcək.
Demokrat Bayden cümə günü müxbirlətə səfəri zamanı qubernatorla görüşəcəyini desə də, DeSantisin sözçüsü Ceremi Redfern daha sonra heç bir bir görüüşn planlaşdırılmadığını və “bu cür görüşün təşkili üçün tək təhlükəsizlik hazırlıqlarının belə davam edən bərpa səylərinə əngəl olacaq.”
44 yaşlı DeSantis Baydeni Ağ Evdən göndərmək üçün 2024-cü il prezident seçkisində respublikaçıların nominasiyasını əldə etmək üçün mübarizə aparır, ancaq rəy sorğularında Donald Trampdan geridə gəlir. 80 yaşlı Bayden yenidən prezident seçilmək üçün namizədliyini irəli sürüb.
Bayden və DeSantis həftə ərzində müntəzəm olaraq fırtına haqqında telefonda danışıblar. Saatda təxminən 200 kilometr sürətlə hərəkət edən 3-cü kateqoriyalı fırtına Flroidanın Biq Bend regionunda ziyan vurub. Prezident çərşənbə günü deyib ki, onların söhbətlərinə siyasət daxil olmayıb. “Məncə o mənim mühakiməmə və yardım etmək istəyimə güvənir,” Bayden deyib.
Ağ Ev bildirib ki, həyat yoldaşı Cill ilə birlikdə səfər edən Bayden cümə axşamı telefon söhbəti zamanı DeSantisi səfəri barədə məlumatlandırıb və qubernator həmin zaman bu narahatlığını dilə gətirməyib.
“Onların Floridaya səfəri FEMA (Federal Fövqəladə Halların İdarəetmə Agentliyi), habelə ştat və yerli liderlərlə yaxından koordinasiya edərək planlaşdırılıb ki, onun bərpa əməliyyatlarına təsiri olmasın,” Ağ Evin sözçüsü Emili Simons deyib.
DeSantis Baydenin kəskin tənqidçisidir və onlar COVID-19 vaksinləri, abort və LGBTQ hüquqları kimi məsələlər səbəbilə toqquşublar. Lakin onlar ötən il Bayden İan firtınasının vurduğu ziyana nəzər salmaq üçün Floridaya getdiyi zaman görüşmüşdülər. Bayden həmin zaman onların birlikdə işlədiyini söyləmişdi.
Mümkündür ki, DeSantis Respublikaçıların praymerisi intensivləşdiyi bir vaxt Baydenlə bir yerdə görünmək istəmir. O, rəy sorğularında Trampdan geri gəlsə də, DeSantis digər Respublikaçı namizədlərdən öndədir.