Bayden İsrail-HƏMAS müharibəsində çətin balanslaşdırıcı seçim qarşısındadır

İsrailin Qəzzaya qurudan hücumu yaxınlaşdığı bir vaxtda, Prezident Co Bayden Amerikanın Yaxın Şərqdə ən yaxın müttəfiqində “sarsılmaz” dəstəyi ilə Qəzzada mülki şəxslərin daha güclü müdafiəsi üçün beynəlxalq tələblər arasında balans yaratmaq çətinliyi ilə üzləşir. O həmçinin Yaxın Şərqdə daha geniş müharibədən yayınmalıdır.

Bayden və onun yüksək vəzifəli müşavirləri İsrail Baş naziri Benyamin Netanyahu hökumətinə HƏMAS-dan “gücülü qisas” almağa çağıran strategiyanın uzunmüddətli təsirini nəzərdən keçirməyi məsləhət görürlər.

“Prezident Tel-Əvivdən Baş nazir Netanyahu ilə təkbətək və müharibə kabineti ilə səmimi və dürüst olmaq imkanına malik olduğuna əmin bir şəkildə qayıtdı,” Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı Ağ Evin mətbuat brifinqi zamanı bildirib.

“Onun bir növ böyük quru hücumuna başlamazdan əvvəl onlara özlərinə vermələrini istədiyi çətin sualları vermək imkanı var idi "dedi.”

Bayden o vaxtdan bəri, administrasiyanın girovların sərbəst buraxılmasını təmin etmək üçün daha çox vaxt qazanmağa təkan verməsinin bir hissəsi olaraq Netanyau ilə bir neçə dəfə danışıb.

Baydenin Netanyahu və Misir Prezidenti Əbdel Fəttah Əl-Sissinin hökumətləri arasında vasitəçilik etdiyi razılıq çərçivəsində Rəfah Sərhəd Keçidindən BMT agentlikləri tərəfindən paylanacaq yardım təchizatları ilə dolu onlarla yük maşının keçməsinə icazə verilib.

İndiyədək İsrail hökumətinin bildirdiyinə görə, HƏMAS-ın oktyabrn 7-də azı 144 nəfərin ölümü ilə nətcəələnən koordinasiyalı hücumu zamanı girov götürdüyü 200-dən çox insandan yalnız dördü – iki amerikalı və iki israilli - sərbəst buraxılıb.

Qəzza zolağına nəzarət edən militant qrup hücumlarının səbəbi kimi İsrailin İordan çayının qərb sahilinə onillərdir davam edən işğalını, İsrail polisinin Qüdsdə Əl-Əqsa məscidinə reydlərini və minlərlə fələstinlinin İsrail həbsxanalarında saxlanmasını göstərib.

HƏMAS-ın nəzarət etdiyi Səhiyyə Nazirliyi bildirib ki, İsrailin oktyabrın 7-dən bəri hava hücumlarında Qəzzada 5 mindən çox insan ölüb, bir milyondan çox insan İsrailin evakuasiya əmrinə əməl edərək, didərgin düşüb.

Bayden administrasiyasının rəsmiləri həmçinin Livandakı Hizbullah və Yəməndəki Husilər kimi İranın dəstəklədiyi qruplar tərəfindən ABŞ-ın bölgədəki maraqlarına qarşı hücumlara hazırlaşmaq üçün daha çox vaxt istəyirlər ki, onların İsrail quru hücuma başladıqdan sonra daha da güclənəcəyi gözlənilir.

Regiona Pentaqonun sözçüsü briqada generalı Pat Rayder çərşənbə axşamı bildirib ki, ABŞ-ın bölgəyə göndərdiyi əlavə hərbi vəsaitlərə rəğmən İraq və Suriyada Amerika qüvvələrinə qarşı ən azı 13 pilotsuz təyyarə və raket hücumu olub. Bununla belə, rəsmilər deyir ki, heç bir dövlət və ya qeyri-dövlət aktyorunun münaqişəni qaçılmaz şəkildə genişləndirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.