Bayden Kanadaya səfər edir

Co Bayden və Castin Trudo. 9 dekabr, 2016.

Prezident Co Bayden prezident kimi Ottavaya ilk səfəri çərçivəsində kanadalı həmkarı ilə bir çox mövzuda müzakirələr aparacaq. Bu barədə Ağ Ev məlumat verib. Bu məsələlərə milli təhlüəsizliklə bağlı narahatlıqlar, iqlim dəyişikliyi, ticarət, miqrasiya, Ukraynada münaqişə və Haitidə iğtişaşlar daxildir.

Bayden cümə axşamı Kanada paytaxtına bir günlük səfər edəcək. Orada o, Kanada baş naziri Castin Trudo ilə görüşəcək və cümə günü parlament qarşısında çıxış edəcək. Bayden orada “müdafiə xərclərini artırmaq üçün konkret addımlar atmaq, təmiz enerji üzrə qlobal yarışı zirvəyə çatdırmaq və firavan və inklüziv iqtisadiyyatlar inkişaf etdirmək” kimi məsələləri müzakirə edəcək,” Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Təhlilçilər deyir ki, bu məsələlərin əhəmiyyəti dünyada iki ölkə arasında ən uzun müdafiə olunmayan quru sərhədini paylaşan Vaşinqton və Ottava arasında sıx münasibətlərin vacibliyini, eyni zamanda isə münasibətlərin nə qədər balanssız olduğunu vurğulayır.

“Bu, çox vaxt lazım olan diqqət və hörməti qazanmayan bir əlaqədir,” Vudro Vilson Mərkəzinin ictimai siyasət üzrə elmi işçisi və ABŞ-ın Əfqanıstan, Argentina, Meksikada keçmiş səfiri Örl Antoni Veyn deyib.

Bayden Ottavaya prezident kimi ilk səfərini edir.

Kanadada “Prezident Baydenin Kanadaya gəlişi böyük bir xəbərdir və artıq bir neçə həftədir gözlənilirdi,” Kanadanın BMT-dəki keçmiş Luis Bleis deyib.

“Birləşmiş Ştatlarda səfərin işıqlandırılmasının əhatə dairəsini nəzərə aldıqda, bu sizə münasibətlərin asimmetrik aspekti haqqında bir az fikir verir,” o deyib.

ABŞ-ın Kanadadakı keçmiş səfiri Qordon Giffin qısamüddətli səfərin gündəmdən bəhs edib.

“Məncə Prezident Baydenin səfəri “müzakirə olunmalı olan” məsələlər siyahısı nəzərə aldıqda iki gün yox, üç həftə olmalıdır.”

Ağ Ev deyib ki, əsas məsələ Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı vasitəsilə Şimali Amerikanın səmasında; Haitidəki qeyri-sabitlik fonunda Qərb yarımkürəsində; okeanın o tayında Avropa və Asiyada təhlükəsizlik olacaq.