ABŞ-ın müdafiə naziri Bəhreynə gedib(Yenilənib)

  • Amerikanın səsi

ABŞ-ın müdafiə naziri Bəhreynə gedib(Yenilənib)

ABŞ-ın müdafiə naziri Robert Geyts krallıq liderləri ilə görüşlər məqsədi ilə Bəhreynə səfər edib. NATO-nun Brüssül görüşündən birbaşa o ölkəyə səfər edən nazir Bəhreyn və digər Yaxın Şərq ölkələrində islshatlara çağırır. Onun səfəri müxalifətin aksiya keçirdiyi günə təsadüf edib. Bəhreyndə polis minlərlə şiə nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər paytaxt yaxınlığında Manama şəhərindəki kral sarayına doğru irəliləyib. Hüquq-mühafizə orqanları hökumət əleyhdarı nümayişçilərin sünni hökumətin tərəfdarları ilə qarşıdurmasına mane olmaq məqsədi ilə kompleksə gedən yolları bağlayıb. Hökumət tərəfdarları əllərində qılınc, dəyənək və pubuqlarla kral sarayı yaxınlışına toplaşıb. Xəbərlərdə hər iki tərəfdən nümayişçilərin polisi daşa basdığı bildirir. Şiələrin başçılıq etdiyi müxalifətin aksiyaları həftələrdir ki, davam edir.