Ölkənin Xarici İşlər Nazirliyi iranlı diplomat Höcətulla Rəhmaninin Küveytə casusluq etdiyini deyir
Bəhreyn İran diplomatının Küveytlə casusluqla əlaqəsi olduğunu deyərək, onun ölkədən çıxarılmasına göstəriş verib. Bəhreynin dövlət xəbər agetliyinin bildirdyinə görə, Bəhreynin Xarici İşlər Nazirliyi bazar ertəsi iranlı diplomat Höcətulla Rəhmaninin 72 saat ərzində ölkəni tərk etməli olduğunu bəyan edib. Bəhreyn İranı beynəlxalq münasibətlərə və regionda təhlükəsizliyə hədə ola bilən addımlarına son qoymağa çağırıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst isə Bəhreynin belə bəyanatlarının İranla qonşuluq münasibətlərinə zidd olduğunu deyərək, İranın buna eyni ölçülərlə cavab verə biləcəyini bildirib.