Cey Z ilə Beyonse arasında qalmaqal yaşandığı barədə bu yaxınlarda sizə danışmışdıq. Onlar ölkə boyu On The Run adlı qastrol səfərlərini başa vurar-vurmaz, ola bilsin boşandılar və sairə. Amma bir dəqiqə… TMZ bu məsələdən daha çox agah olan şəxslə söhbət edib. Gəlin baxaq.
Beyonsenin anası qızının kürəkənindən boşanması haqda söz-söhbətləri cavablandırıb.
Beyonsenin anası qızı ilə kürəkəni arasında münasibətin əla olduğunu bildirir. “Mətbuatda qızınızın ərindən ayrılacağı barədə yazılar haqda nə düşünrsünüz” sualına isə Tina Nouls bu haqda yazılan məqalələri oxumaq istəmədiyini deyib.
Musiqi sahəsində ən nüfuzlu qadınlardan birinin anasının işlətdiyi ifadə bu oldu: “Bədxah insanlar olub və olacaq və biz bununla heç bir şey edə bilməyəcəyik.” Belə qəzetlər, vebsaytlar nə yazır yazsın, hər halda Beyonsenin şəxsi həyatı haqda dəqiq məlumatı müğənninin anasından yaxşı bilə bilmərik. Hər halda müğənninin ailəsində hər şeyin qaydasında olduğunu eşitmək sevindirici haldır.