Beynəlxalq çağırışları rədd edən ABŞ Ali Məhkəməsi meksikalının edam olunmasına qərar verdi

  • Amerikanın səsi

Beynəlxalq çağırışları rədd edən ABŞ Ali Məhkəməsi meksikalının edam olunmasına qərar verdi

ABŞ Ali Məhkəməsi prezident Barak Obamanın müraciəti də daxil olmaqla beynəlxalq çağırışları rədd edərək 1994-cü ildə qəddarcasına qadını zorlamış və qətlə yetirmiş Meksika vətəndaşının edam olunmasına qərar verib.

Qərardan az sonra Humberto Leal Texas ştatında zəhərli inyeksiya vasitəsilə edam edilib. Edam təqribən 10 dəqiqə çəkib. Son anlarında Leal törətdiyi əmələ görə üzr istəmiş və iki dəfə "Viva Mexico!" - yəni "Yaşasın Meksika!" hayqırmışdır.

Ali Məhkəmə hakimləri 5 lehinə, 4 əleyhinə çıxmaqla edamın təxirə salnmasına qarşı çıxıblar.

Beynəlxalq diplomatlar və Meksika rəsmiləri məhkəmə işinin nəzərdən keçirilməsi üçün əlavə vaxt istəmişdilər. ABŞ baş prokuroru da Ali Məhkəmədən qərarı altı ay yubatmağı xahiş etmişdi.