Beynəlxalq Böhran Qrupu Sudan seçkilərini tənqid edir

  • Asgar Asgarov
Beynəlxalq münaiqşələrin qarşısını almaq yönümündə fəaliyyət göstərən qrup Sudanın hakim Milli Konqres Partiyasını ələlxüsus Darfur regionunda aprel ayında keçiriləcək seçkiləri saxtalaşdırmağa cəhd göstərməkdə ittiham edib.

Beynəlxalq münaiqşələrin qarşısını almaq yönümündə fəaliyyət göstərən qrup Sudanın hakim Milli Konqres Partiyasını (MKP) ələlxüsus Darfur regionunda aprel ayında keçiriləcək seçkiləri saxtalaşdırmağa cəhd göstərməkdə ittiham edib. Beynəlxalq Böhran Qrupu bildirir ki, MKP seçki qanunlarını öz xeyrini güdərək hazırlayıb. Brüsseldə qərargahlanan qrup həmçinin bildirir ki, prezident Ömər Əl Bəşirin partiyası müxtəlif qəbilələrin loyallığını rüşvətlə satın almış və elektoral dairələri müəyyən etməkdə yanlış siyahıya-alma statistikasından istifadə etmişdir. Dünən açıqlanan hesabatda qrupun Sudan üzrə müşaviri deyir ki, həmin ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi mühit mövcud deyil. Aprelin 11-ə təyin edilmiş seçkilər Sudanda 1986-cı ildən bəri keçiriləcək ilk çoxpartiyalı səsvermə olacaq.