Bəxtiyar Hacıyevin vəsatəti təmin edilib - videokamera görüntülərinə baxılacaq (Yenilənib-2) [Audio-müsahibə]

Bəxtiyar Hacıyev

İctimai Siyasət İnstitunun rəhbəri hazırda polis bölməsindədir

Avqustun 15-də Bakının Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə irəli sürülən iddiaya baxış beş saatadək davam edib. İş vaxtının başa çatmasına baxmayaraq məhkəmə iclası saat 22-dək davam etdirilib. Bu barədə Amerikanın Səsinə Hacıyevin özü bildirib.

Məhkəm’ zalında yalnız Bəxtiyar Hacıyev, polis əməkdaşları və vəkillər olub.

Nəhayətdə hakim Azər Qasımov vəkillər Adəm Məmmədov və Cavad Cavadovun videokamera görüntülərinə baxışla bağlı vəsatətini təmin edib.

Belə ki, Hacıyevin polislərlə arasında yaranan insident "Təhlükəsiz şəhər" kameralarının qarşısında baş verib. Eyni zamanda, yol polisinin vətəndaşlarla danışıqları yol polisi avtomobilindəki kameraların qaarşısında olmalıdır.

Məhkəmə avqustun 16-da saat 16.00-da davam etdiriləcək.

***

Bəxtiyar Hacıyev İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati qaydada cəzalandırıla bilər. Hazırda bu maddə ilə ona qarşı sənədlər hazırlanır. Bu barədə hazırda 27-ci Polis Bölməsində olan vəkil Adəm Məmmədov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyev artıq 5 saatdan çoxdur polis bölməsində saxlanılır.

“İndi polis işi məhkəməyə göndərəcək. Hər şey məhkəmədə məlum olacaq”, o qeyd edib.

***

İctimai Siyasət İnstitutunun rəhbəri, Harvard Universitetinin məzunu, keçmiş vicdan məhbusu polislə mübahizə zəminində avqustun 15-də yerli vaxtla saat 13 radələrində Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə apılıb.

Your browser doesn’t support HTML5

Bəxtiyar Hacıyevin Amerikanın Səsinə müsahibəsi

Bu barədə Bəxtiyar Hacıyevin özü Amerikanın Səsinə müsahibəsində bildirib.

“Avqustun 14-də yol polisinin əməkdaşı məni təhqir edib getmişdi. Bu gün piyada getdiyim zaman Dövlət Statistika Komitəsinin qarşısında həmin polis əməkdaşı ilə qarşılaşdrm və məni təhqir etməsinin səbəbini soruşdum. Həmin polis əməkdaşı yenidən mənə hücum çəkdi, təhqir etdi, paltarımı cırdı. Bu zaman mən Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng etdim. Polis əməkdaşı isə Post Patrul Xidməti çağırdı. Post Patrul Xidməti gəldi, məni 27-ci Polis Bölməsinə gətirdi. Həmin polis əməkdaşı 27-ci Polis Bölməsində də mənə yumruq atdı, təhqir etdi. İndi polis bölməsindəyəm, sənədləri məhkəməyə hazırlayırlar”, o qeyd edib.

O, işin hansı qismdə məhkməyə hazırlandığını bilmir. Hələ vəkili də yoxdur.

Öz növbəsində, 27-ci Polis Bölməsindən Bəxtiyar Hacıyevin polis bölməsində olduğunu təsdiq ediblər.