Suriya prezidenti Bəşər Əl-Əsəd ona sadiq qüvvələrin ölkədəki böhranın öhdəsindən gələcəyinə əmin olduğunu deyib.
Bu gün Suriya Ordu Günündə cənab Əsəd deyib ki, belə bir inam olmasaydı hökumət iki ildən çoxdur davam edən təcavüzə müqavimət göstərə bilməzdi.
Suriyada münaqişə 2011-ci ildə prezident Əsəd hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları ilə başlasa da, sonrada vətəndaş müharibəsinə çevrilərək 100 mindən çox insanın həyatına son qoyub.Milyonlarla insan evlərindən didərgin düşüb.
Hər iki tərəf bir-birini münaqişə zamanı kimyəvi silahlardan istifadədə ittiham edib.