Silvio Berluskoni bir il həbs cəzasına məhkum edildi

İtaliya məhkəməsi bu gün polisin gizli dinləmələrini dərc etdiyinə görə ölkənin sabiq baş naziri və media maqnatı Silvio Berluskoniyə bir il həbs cəzası verilməsi barədə hökm çıxarıb. Berluskoni hökmün ləğvi üçün apellyasiya məhkəməsinə müraciət edə bilər.

Gizli dinləmələr bankın ələ keçirilməsi cəhdi ilə bağlı instintaqın bir hissəsi idi.

Bu ay cənab Berluskonini daha iki ittiham-vergindən yayınma və azyaşlı fahişə ilə əlaqədə olması ittihamları ilə bağlı hökmlər gözləyir.