“Sərhədsiz Reportyorlar” Təşkilatı və Azərbaycan diasporuna dəstək cəmiyyəti prezident İlham Əliyevin Berlində Almaniya kansleri Angela Merkellə görüşü zamanı aksiya keçirib. Aksiya Merkelin iqamətgahı qarşısında baş tutub.
Meydan.tv saytının məlumatına görə, tədbirdə insan haqları, azad media, siyasi məhbusların azadlığı və digər şüarlar səsləndirilib.
Berlində yaşayan mühacir Həbib Müntəzir isə öz Facebook statusunda yazıb ki, İlham Əliyevi Berlində diasporaçılar dəstək, “Sərhədsiz Reportyorlar” isə etiraz aksiyası ilə qarşıladılar.