Almaniya və Rusiya hökumətinin rəsmiləri Ukrayna ilə bağlı siyasi gərginliyi azaltmaq məqsədilə gələn ay nadir üz-üzə görüş keçirməyə razılaşıblar. Bu barədə Almaniya hökumətindən bir mənbə şənbə günü məlumat verib.
Mənbə adının anonim qalması şərtilə bildirib ki, Almaniya Kansleri Olaf Şoltsun xarici siyasət üzrə müşaviri Yens Ploetner və Rusiyanın Ukrayna üzrə vasitəçisi Dmitri Kozak cümə axşamı uzun telefon danışığından sonra görüşməyə razılaşıblar.
Almaniya hökuməti hələ ki, məsələyə rəsmi münasibət bildirməyib. Kozakın sözşüsü şərh verməyi rədd edib.
Son aylarda Rusiya ordusunun Ukrayna sərhədində qüvvə yerləşdirməsi və bunun yaratdığı narahatlıqlar səbəbilə Qərb liderləri ilə Rusiya Prezidenti Vladimir Putin arasında bir sıra telefon danışıqları baş tutub.
Qərb ölkələri ilə Rusiya hökumətinin rəsmiləri arasında üz-üzə görüşlər çox nadir hallarda keçirilib. Ancaq ABŞ Prezidenti Co Bayden ötən iyun ayında Cenevrədə Prezident Putinlə danışıqlar keçirib.
Şotls bu ay hakimiyyətə gələndən bəri Rusiya ilə Ukrayna sərhədində qüvvə yerləşdirməsi ilə bağlı dialoqun keçirməyə ehtiyacı vurğulayıb və qərb müttəfiqlərinin Moskvanın işğalı halında sanksiyala tətbiq etmək hədəsini dəstəkləyib.
İki hökumət mənbəsi adlarının anonim qalması şərtilə Reutersə bildirib ki, Berlin Rusiyanın Ukraynaya həqiqətən də hücume etmək istədiyinə Vaşinqtondan daha skeptik yanaşır və gərginliyi de-eskalasiya etmək niyyətindədir.
Tənqidçilər Almaniyanı Rusiya qazına ehtiyacı olduğu üçün Putinə borclu olmaqda ittiham edib və iki ölkə arasında Ukraynanı yan keçərən Şimal Axın 2 boru kəmərinin inşasına hücum edib.
Berlin deyir ki, Şimal Axın 2 siyasi deyil və Rusia qazını Avropaya daşıyan bir neçə boru kəmərindən yalnız biridir.
“Almaniyanın məqsədi Normandiya formatının sürətli şəkildə yenidən aktivləşdirmək olaraq qalır,” Almaniya hökumətindən məndə Ukrayna, Rusiya, Fransa və Almaniya arasında çoxtərəfli danışıqlara istinadən bildirib.
SDP-nin parlamentdəki lideri Rolf Mutzenik Reutersə bildirib ki, partiya “sadəlövh deyil” və danışıqların Ukrayna vəziyyətinin deeskaasiyasına gətirib çıxara biləcəyinə inanır.