ABŞ rəsmisinin iqtisadi tövsiyələri Avropada soyuq qarşılanır

ABŞ maliyyə naziri Ceykob Lyu Avropa rəsmilərinə deyib ki, iqtisadi inkişafa nail olmaq üçün Avropa yeni siyasət yürütməlidir. Onun məsləhəti Almaniya hökuməti tərəfindən maraqla qarşılanıb.

Dünən Berlində cənab Lyu Almaniyanın maliyyə naziri Volfqanq Şoyblla görüşüb. amerikalı rəsmi deyib ki, inkişafın ləng getdiyi və işsizlik faizinin rekord səviyyəyə, 12 faizə çatdığı avro məkanda iqtisadiyyatın ikişafında əsas amil istehlakçı təlabatıdır.

Lakin hökumət xərcləmələrində ixtisarların fəal tərəfdarı kimi tanınan cənab Şoybl deyib ki, Avropada heç kim kəsirlərə dair siyasətlə iqtisadi inkişafa yönəlik ölçülər arasında fərq görmür.

Cənab Lyu ilk dəfədir ki, Birləşmiş Ştatların yüksək rütbəli maliyyə rəsmisi qismində Avropaya səfər edir. O, həmkarları ilə Brüssel və Paris şəhərlərində görüşlər keçirib.