Almaniyanın müdafiə naziri Boris Pistorius bazar ertəsi Almaniya briqadasının Litvada daimi yerləşdirilməsi ilə bağlı razılaşmanı "tarixi an" adlandırıb. O əlavə edib ki, Almaniya ilk dəfədir ki, öz sərhədlərindən kənarda daimi olaraq qoşun yerləşdirir.
"Biz hazırıq və NATO-nun ərazisini müdafiə edəcəyik", Pistorius briqadanın yaradılması ilə bağlı yol xəritəsini imzaladıqdan sonra litvalı həmkarı Arvidas Anusauskasla keçirdiyi mətbuat konfransında deyib.
Pistorius deyib ki, Bundesver diviziyası yerləşdirilməyə 2027-ci ilə qədər hazır olmalıdır". O əlavə edib ki, məqsəd Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə koordinasiyalı şəkildə Litvaya 4800 əsgər və 200-ə yaxın mülki şəxsi daimi yerləşdirməkdir.