Belçikada terrorçu təşkilatın liderinə hökm çıxarılıb

Büelçika məhkəməsi bildirdiyinə görə, Suriyaya döyüşçü göndərməkdə ittiham edilən qrupu terrorçu təşkilat elan edib və onun liderinə hökm çıxarıb.

"Belçikada Şəriət" qrupunun liderinin məhkəməsi keçən ilin oktyabr ayında başlayıb. Antverpen şəhərinin məhkəməsi bu gün Fuad Belqasemi 12 il həbs cəzasına məhkum edib.

Bu işlə bağlı prokurorların əvvəlcə 46 nəfərə qarşı ittiham irəli sürməsinə baxmayaraq, cəmi bir neçə nəfər məhkəmə qarşısına çıxarılıb. Qrupun qalan üzvlərinin isə Suriyada döyüşən 400 belçikalı arasında olduğuna inanlıır.

Məhkəmə Belçikada terrorçulara qarşı ən böyük məhkəmə prosesidir.