Minskdə təhlükəsizlik qüvvələri sentyabrın 26-da bir ay öncə keçirilən saxtalaşdırılmış seçki qalib gəldiyini elan edən Aleksandr Lukaşenkoya qarşı qadınların yürüşü zamanı onlarla etirazçını həbs edib.
Azadlıq Radiosunun Belarus xidmətinin məlumatına görə, balaklava geyinmiş iğtişaş polisi nümayişçiləri mikroavtobuslara və polis maşınlarına salıb aparıb. Onlar arasında bir neçə jurnalist də var.
Polis nümayişçiləri saxlamadan öncə ağ geyimdə və əllərində ağ və qırmızı çiçək və qırmızı-ağ bayraq daşıyan qadınlar şəhərin mərkəzində yürüş keçiriblər.
Minskdə qərargahlanan Vyasna insan haqları qrupu yürüş zamanı həbs olunan 59 nəfərin siyahını dərc edib. Günün ikinci yarısında yeraltı keçiddə Sovet dövrünün rok ulduzu Viktor Tsoyun “Biz Dəyişiklik İstəyirik”mahnısını ifa edən küçə musiqiçilərindən ibarət bir qrup da həbs edilib.
Saxlanılan qadınlar arasında Lukaşenko əleyhinə etirazların mütəmadi iştrakçısı olan zəif amma qətiyyətli 73 yaşlı Nina Bahinskaya var.
Balaklaba geyinmiş təhlükəsizlik zabiti Bahinskayanın əlindən qırmızı-ağ bayrağı alıb və daha sonra onun özünü mikroavtobusa tərəf sürüyüb. O daha sonra sərbəst buraxılsa da, bayrağı geri qaytarılmayıb.
Yürüş zamanı qadınlar onları yaxınlıqdakı mərkəzi metro stansiyasından izləyən iğtişaş polisinə “biz sizə nə etmişik” deyə sual ediblər.
Başqa bir qrup qadın isə “Bizim prezidentimiz Svetadır” şüarı səsləndiriblər. Onlar səsvermənin qalibi olduğunu iddia etdikləri Svetlana Tixanovskayaya istinad ediblər.
Bundan əlavə Belarusun Hrodna daxil olmaqla başqa şəhərlərində də yürüşlərin keçirildiyi bildirilib.
Bu yürüşlər Lukaşenkonun sentyabrın 23-də Minskdə gizli inaquariya keçirməsindən sonraya təsadüf edib.
ABŞ və Avropa İttifaqına buna münasibət bildirərək 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenkonu Belarusun legitim lideri olaraq tanımayacaqlarını bildirib.
Hazırda Litvada olan Tixanovskaya belarusluları yeni, ədalətli seçkilərə və bunun nəticəsində rəsmi, qanuni inaqurasiyaya dəstək məqsədilə sentyabrın 27-də nümayiş keçirməyə çağırıb.
Həyat yoldaşının həbs olunması ilə prezidentliyə namizədliyinin ləğv olunmas nəticəsində son anda öz namizədliyini irəli sürən Tixanovskaya avqustun 9-da keçirilən səsvermədə səslərin 60-70 faizini qazanaraq qalib gəldiyini bildirir.
Aİ və ABŞ sabiq ingilis dili müəllimi və tərcüməçi olan Tixanovskaya ilə əlaqələri artırıb.
Rusiya Avropa İttifaqı və ABŞ-ın Lukaşenkonu tanımamaq qərarını qınayıb. Kremlin sözçüsü Dmitri Peskov bunun beynəlxalq qanunun pozuntusu və Belarusun daxili məsələlərinə müdaxilə adlandırıb.
Rusiya seçkidən bəri Lukaşenkonu dəstəkləyib, ona 1.5 milyard dollarlıq kredit verib və polis briqadası daxil olmaqla hər hansı hərbi yardımla dəstək verəcəyini vəd edib.
Hazırda bu iki ölkə Belarusda hərbi təlim keçirir. Onlar yaxın gələcəkdə bu cür təlimləri hər ay keçirməyi nəzərdən keçirir.