Belarus müxalifət namizədi Tixanovskaya Litvaya yollanıb

Belarus müxalifət namizədi Svetlana Tixanovskaya çərşənbə axşamı Belarusda seçki sonrası nümayişlərin ikinci gecəsi etirazçılar və polis arasında toqquşmadan sonra qonşu Litvaya üz tutub.

Uzun müddət prezident Aleksandr Lukaşenkoya məğlub olduğunu göstərən rəsmi nəticələri rədd edən Tixanovskaya Belarusdan ayrılmağın "çətin bir qərar" olduğunu, ancaq bunu övladları üçün etdiyini deyib.

"Bilirəm ki, çoxları məni başa düşəcək, çoxları məni mühakimə edəcək və bir çoxu mənə nifrət etməyə başlayacaq", Tixanovskaya deyib. "Ancaq Allah eləməsin ki, kimsə mənim kimi seçim qarşısında qalsın" o əlavə edib.

Çərşənbə axşamı günü Litvanın Xarici işlər naziri Linas Linkeviçius Twitter-də Tixanovskayanın ölkədə və təhlükəsiz olduğunu bildirib.

Polis kampaniyasının iki yüksək səviyyəli işçisi və yeddi digər təşviqat üzvünü saxladıqdan sonra Tixanovskaya bazar günü seçkiöncəsi gizlənmişdi. O, səs vermək üçün üzə çıxmışdı.

26 ildir iqtidarda olan Lukaşenko bazar ertəsi müxalifət nümayişçilərinin sərt repressiyalarla qarşılaşacağını deyib. O onları "xarici sahibləri tərəfindən idarə olunan qoyunlar" kimi təsvir edib.

"Qanuna riayət edin və repressiyalarla bağlı bütün söhbətlər yox olacaq" - deyə, prezident qeyd edib.

Toqquşmaların videosunda etirazçıların polis tərəfindən bazar ertəsi gecə dəyənəklərlə döyüldüyü əks olunub. Polis həmçinin səs qumbaralarından, gözyaşardıcı qazdan və su şırnaklarından da istifadə edib.