Müxalifət lideri Tixanovskaya ABŞ-ı Belarusa sanksiya tətbiq etməyə çağırır

Belarus müxalifət lideri Svetlana Tixanovskaya çərşənbə axşamı ABŞ-dan sanksiyalar da daxil olmaqla prezident Aleksandr Lukaşenko hökumətinə təzyiqlər göstərilmsini istəyib.

"Sanksiyalar əsas həll yolu deyil, lakin Belarusda zorakılıqların dayandırılmasına və rejim nümayəndələrinin vətəndaş cəmiyyəti ilə dialoqa başlamasına kömək edə bilər" - deyə, Tixanovskaya Amerikanın Səsinə bildirib.

O, ABŞ milli təhlükəsizlik müşaviri Cayk Sallivan ilə danışıqlardan sonra bu həftə Bayden administrasiyası və ABŞ Konqresinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

“Mən ABŞ-dan müstəqilliyimizin qarantı olmalarını, təhdid altında olduğu təqdirdə müstəqilliyimizi dəstəkləmələrini xahiş etdim. Çünki müstəqilliyimiz belaruslar üçün ən yüksək dəyərdir” - deyə, Tixanovskaya əlavə edib.

O, ABŞ-ın Belarusda ictimai qruplara daha çox dəstək verməsini xahiş etdiyini və “indi mübarizə aparanlara dəstək verməyin” demokratik ölkələrə aid olduğunu bildirirb.

Tixanovskaya Belarusda keçən il 6 avqust prezident seçkiləri zamanı Lukaşenkonun əsas rəqibi idi. Müxalifət və bir çox qərb hökümətləri seçkinin saxtalaşdıdığını deyərək, nəticələri tanımaqdan imtina edib.

"ABŞ tərəfdaşları və müttəfiqləri ilə birlikdə Lukaşenko rejiminə sanksiyalar tətbiq etməkdə daxil olmaqla, əməllərinə görə cavabdeh tutmalıdır"- deyə ,ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn çərşənbə axşamı verdiyi açıqlamasında bildirirb.

Dövlət Departamentinin sözçüsü Ned Prays da çərşənbə axşamı brifinq zamanı jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar sanksiyaların "güclü bir vasitə" olduğunu düşünür və Belarus xalqının "demokratik, azad və firavan gələcək" istəyini dəstəkləyir.