Belarus mahnısı 2021-ci il Avroviziya Mahnı Müsabiqəsindən diskvalifikasiya olunub

Avroviziya Mahnı Müsabiqəsinin təşkilatçıları 11 martda Belarus tərəfindən təqdim olunan müraciəti rədd edib. Qurum mahnının dəyişdirilmiş versiyasını və ya yeni bir mahnı təqdim etmədiyi təqdirdə ölkəni diskvalifikasiya ilə təhdid edir.

Galasy ZMesta qrupu tərəfindən oxunan mahnı "Sənə öyrədəcəyəm" adlanır və Aleksandr Lukaşenkoya təriflər yağdırdığı üçün əks reaksiyaya səbəb olub.

Belarusun yarışda iştirakını ləğv etmək qərarını elan edən Avropa Yayım Birliyi (AYB) bu mahnının yarışın "qeyri-siyasi mahiyyətini" sual altında qoyacağını və Avroviziya Mahnı Müsabiqəsinin nüfuzunun gözdən salınmasına səbəb olacağını bildirib.

Lukaşenko ötən il 9 avqust seçkilərindən sonra istefaya getməsi üçün gündəlik davamlı etirazlarla qarşılaşıb. Hökumətin etirazçılara basqısı nəticəsində 30 mindən çox insan həbs edilib, yüzlərlə adam döyülüb və bir neçə nəfər həyatını itirib.

18-22 may tarixlərində Hollandiyanın liman şəhəri olan Rotterdamda keçiriləcək tədbirin ərəfəsində Belarusiyanın mahnı müsabiqəsindən uzaqlaşdırılması üçün çağırışlar artıb.

Belarusiyanın dövlət yayım şirkəti BTRC 9 fevralda ölkəni yarışmada təmsil etmək üçün Galasy ZMesta-nı seçdiyini elan etmişdi.

Galasy ZMesta öz veb saytında "siyasi qarşıdurmalar sevdiyimiz və yaşadığımız ölkəni dağıtmağa çalışarkən" qrupun "laqeyd" qala bilməyəcəyini yazaraq, ölkənin demokratiya tərəfdarı hərəkatını tənqid edib.

Lukaşenkonu dəstəkləyən beş nəfərlik qrupun əsas üzü Dzmitry Butakov Sovet İttifaqının dağılmasından açıq şəkildə təəssüfləndiyini dilə gətirib.

Butakov mahnının yarışma qaydalarını pozduğunu rədd edərək AYB-nin qərarının gözlənilən olduğunu bildirib. Butakov Belarusun bu il buz üzərində xokkey üzrə dünya çempionatına ev sahibliyi etməsindən uzaqlaşdırılmasından bəhs edərək Reuters-ə bildirib ki, "Onlar "Xokkey üzrə dünya kuboku çempionatını bizim əlimizdən aldılar, Avroviziya bununla müqayisədə fıstıqdır".

BTRC-un onsuzda keçən il Belarusiyanı təmsil etmək üçün seçilən VAL qrupu əvəzinə Galasy ZMesta-nı seçməsi səs küylə qarşılanmışdı.

VAL-ın bu il Belarusu təmsil etməsi gözlənilirdi. Lakin qrupun Lukaşenko hakimiyyəti altında Belarusdakı həyatı və dövlət yayım şirkətini tənqid etməsinin ardınca BTRC qrupu “vicdan çatışmazlığında” ittiham etmişdi.