Belarusun paytaxtı Minskdə 200 minə yaxın etirazçı yürüş keçirib. Etirazçıların sayı uzun müddətdir hakimiyytdə olan avtoritar lider Aleksandr Lukaşenkonun yürüşə çıxan tərəfdarlarından çox olub.
Hökümət əleyhinə nümayişçilər "Yaşasın Belarus" kimi şüarlar və Lukaşenkodan "Get" kimi tələblər səsləndirib.
"Daş dövrü deyil. Belarus 21-ci əsrdədir və Keçmiş liderimizin bizi haraya aparmasından asılı olmayaraq, hakimiyyətə qarşı silah tətbiq etməyəcəyik" - deyə, Anton Svobodski adlı etirazçı bildirib.
Etirazçıların qaldırdığı plakatların arasında Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə istinadla "Haaqa, onu apar" sözləri yazılan plakat da olub.
Minsk mərkəzindəki Qələbə Parkı yaxınlığında başlayan bu yürüş keçmiş Sovet respublikasının tarixindəki ən böyük etiraz aksiyası idi.
Belarusdakı yürüşü Praqada 1000-ə yaxın nümayişçi dəstəkləyib.
Çex Respublikasının baş naziri Andrej Babis 1968-ci ildəki Praqa Baharını xatırlayıb. O zaman Moskva Çexiyada keçirilən etirazları hərbi qüvvələrdən istifadə edərək, darmadağın etmişdi. Eyni zamanda o, 1989-cu ildə kommunizmin dinc yolla devrilməsini də xatırladıb və Avropa Birliyini Belarusa yardıma çağırıb.
Lukaşenkonun 50 minə yaxın tərəfdarı da Minskdə toplaşaraq, keçən həftə seçkilərdə 80 faiz səs toplayaraq qələbə çaldığını və daha bir seçkinin keçirilməyəcəyini elan etməsini eşirmək üçün bir araya gəlib.
“NATO qoşunları qapımızın ağzındadır. Litva, Latviya, Polşa və doğma Ukraynamız bizə yeni seçkilər keçirməyi əmr edir. Mən sizə heç vaxt xəyanət etməmişəm və heç vaxt da etmərəm"- deyə, Lukashenko bildirib.
Etirazlar Mərkəzi Seçki Komissiyasının ölkəni uzun müddətdir idarə edən avtoritar prezident Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilmiş prezident seçkisində 80 faizdən çox, əsas müxalif namizəd Svetlana Tixanovskayanın isə səslərin 9.9 səs topladığını elan etməsindən sonra başlayıb.
Lukashenko bazar günü hərbi rəsmilərə Rusiya prezidenti Vladimir Putin Belarusun təhlükəsizliyini təmin etmək üçün hərtərəfli yardıma hazır olduğunu bildirib.
Kremlin verdiyi açıqlamada hər iki prezidentin Belarusdakı "problemlərin" tezliklə həll olunacağına inandığını və onların iki ölkə arasında əlaqələrinin möhkəmlənəcəyi ilə bağlı razılığa gəldikləri deyilib.