Belarus BMT-nin İnsan Haqları Şurası tərəfindən təzyiqlərə məruz qalıb

BMT-nin dünya ölkələrində insan haqlrına dair vəziyyəti nəzərdən keçrən İnsan Haqları Şurasında Belarus əsas yer alır.

Belarus avqust ayında prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı təzyiqlərə görə sərt tənqidlərə məruz qalıb. 2008-ci ildən Belarus insan haqalrı göstəricilərinə görə 3-cü ildir ciddi nəzarət altındadır.

Şuranın keçirdiyi görüş zamanı bu ölkənin əvvəlki göstəricilərlə müqayisədə nə kimi inkişaflar əldə etdiyi müzakirə edilib.

Belarus nümayəndə heyəti yığıncaqda iştirak edən ölkələrin avqust ayında saxtalaşdırıldığı deyilən prezident seçkilərindən sonra baş verən zorakılıqlara diqqətin qarşısını ala bilməyib.

Belarusun BMT-nin Cenevrədəki səfiri Yuriy Ambrazeviç hökumətinin bu mövzuda bir neçə dəfə açıq şəkildə danışdığını deyib. Səfir tərcüməçi vasitəsi ilə danışıb.

“Bununla əlaqədar olaraq, bu gün bütün iştirakçılara müraciət etmək istərdim ki, UPR-ı yalnız Belarusdakı seçkisonrası hadisələrin müzakirəsinə çevirməyin. Belarus cəmiyyətində sivilizasiyanın bərpası üçün sülh yolunu arzu edir və bunun üçün iradəyə malikdir” - deyə, Ambrazeviç bildirib.

Birləşmiş Millətlər Təşkilatının hesabatında Belarus dövlətinin agentləri tərəfindən 10 mindən çox insanın həbs edildiyi, minlərlə insanın ağır şəkildə döyüldüyü və yüzlərlə insana işgəncə verildiyi deyilib.