Lukaşenko Ukraynanın Belarusa hücum planlaşdırdığını deyir

Belarusun avtoritar lideri, Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi Aleaksandr Lukaşenko oktyabrın 10-da Ukraynanın ölkəsinin ərazisinə hücum hazırladığını iddia edərək, Rusiya və Belarusun birgə hərbi əməliyyat qrupu yerləşdirəcəyini bildirib.

"Mən artıq demişəm ki, bu gün Ukrayna təkcə müzakirə etmək deyil, Belarus ərazisinə zərbələri planlaşdırır", Belta dövlət xəbər agentliyi Lukaşenkonun təhlükəsizlik rəsmiləri ilə görüşü zamanı dediklərinə istinadən bildirib.

"Biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik" - deyə, Lukaşenko bildirib, lakin qoşunların haraya yerləşdiriləcəyini açıqlamayıb.

Onun sözlərinə görə, qoşunların formalaşdırılması qərarı iki gün əvvəl Krımı Rusiya ilə birləşdirən körpüdə baş verən partlayışla eyni vaxtda verilib. Moskva bu hücumda Ukraynanı günahlandırıb.

Lukaşenko "Belarusun bizi döyüşə sürükləmək istəyən hər hansı bədxahlara qarşı əvvəlcədən planları olmalıdır" deyib.

"Belarus ərazisində müharibə olmamalıdır," o bildirib.

Belarus maliyyə və siyasi baxımdan əsas müttəfiqi olan Rusiyaya arxalanır.

Rusiya qüvvələri fevralın 24-də Ukraynanı işğal etmək üçün Belarusdan döyüş postu kimi istifadə edərək, Belarus daxilindəki bazalardan Ukraynanın şimalına qoşun və texnika göndərib.