BBC gələn beş ildə 2000 iş yerinin ixtisar ediləcəyini bəyan edib

  • Amerikanın səsi

BBC gələn beş ildə 2000 iş yerinin ixtisar ediləcəyini bəyan edib

BBC gələn beş ildə 2000 iş yerinin ixtisar ediləcəyini bəyan edib. Korporasiyanın baş direktoru Mark Tompson bildirib ki, hökumətin məsrəflərinin azaldılması məqsədi ilə verilən qərar 9 ay sürən məsləhətləşmənin nəticəsidir. Topmson 20 faiz ixtisarın iş yerlərinin hər təbəqəsinə şamil ediləcəyini deyib. O, bundan əlavə ixtisar edildiyi təqdirdə, BBC-nin reputasiyasına xələl gələcəyini bildirib. Bu, BBC tarixində ilk böyük bir trafsformasiya olacaq.