Noyabrən 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Your browser doesn’t support HTML5
NİDA Vətəndaş Hərəkatının fəalları
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u saxlanıb.
Mayın 12-də Xətai Rayon Məhkəməsi onlar barəsində həbs qəti imkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hər iki gənc narkotik maddə ilə əlaqəli saxlanılıb.
Hər iki gənc ittihamı qəbul etmir və həbslərini siyasi sifariş hesab edir.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şuar yazılmasına görə həbs edildiyi güman edilir.
Gənclər həbsdən sonra narkotik ittihamını ağır işgəncə altında imzaladıqlarını bildirib.
Qiyas İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədr hakim Ənvər Seyidov) hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Vəkil Elçin Sadıqov
bu günki prosesdə cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, gəncin işgəncə altında qəbul etdiyi sübutların cinayət işindən çıxarılması, Bayram Məmmədovda narkotik
maddə olması və satışı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə daxil olan əməliyyat məlumatının qeyd olunduğu kitabın sübut kimi məhkəməyə gətirilməsi, dövlət tərəfindən təyin edilmiş vəkilin iş qrafikinin vəkilin işlədiyi hüquq məsləhətxanasından məhkəməyə göndərilməsi, hal şahidlərinin digər eyni məzmunlu işlərlə bağlı hal şahidliyi etməsi barədə məlumatların dəqiqləşdirilməsi barədə vəsatətlər qaldırıb.
“Bayram Məmmədovin əməlində hər hansı cinayət tərkibi yoxdur. O ittihamı işgəncə altında qəbul edib. Cinayət işində ittihamla bağlı hər hansı sübut yoxdur. Onun müdafiə hüququ ciddi pozulub”, vəkil qeyd edib.
Dövlət ittihamçısı Ramin Nağdəliyev vəsatətlərin təmin edilməməsini bildirib və məhkəmə heç bir vəsatəti təmin etməyib.
Hakim cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Cinayət işinin məhkəmə baxışı noyabrın 11-də saat 10.30 başlayacaq.
Bu günki məhkəmə iclasında
iştirak edən Bayram Məmmədov sağlam və şən görünüb. Yalnız gözlərində problem yarandığını deyib.
O dostlarından çoxsaylı elim və bədii kitabların təcridxanaya göndərilməsini xahiş edib.
Məhkəmədə maraqlı məqamlar da olub.
Hakim məhkəmə zalına daxil olan zaman prosesi izləyənlərin gülüş səsini eşidib.
“Bura məhkəmə zalıdır. Teatra gedib orada gülmək olar. Məhkəmə zalında qaydalara əməl etmək lazımdır”.
Hakim zaldakılara xəbərdarlıq edib ki, qaydalara əməl etməyənləri 2 sutka inizbati həbs və ya cərimə gözləyir.
Bayram Məmmədov ittiham aktını almadığını deyib və bu zaman hakim onun aktı alması ilə bağlı imzasını göstərib.
Bayram Məmmədov ilk öncə hakimə sualının olduğunu deyib. Haklim ona sual vermək hüququnun olmadığını xatırlatdıqda, etirazının olduğunu bildirib.
“Mənim etirazım dövlət sisteminə və İlham Əliyevədir. Bura məhkəmə zalı yox, tamaşa zalıdır. Ssenari də indidən hazırdır. Quruluşçu rejissor İlham Əliyevdir”, hakim bu zaman Məmmədova “artıq-əskik danışmaq lazım deyil” xəbərdalığını edərək çıxışı dayandırıb.
İclasın sonunda Məmmədov ona təqdim edilən ittiham aktını cırıb.