Bayram mövsümündə onlayn dələduzluq artır [Video]

Your browser doesn’t support HTML5

Bayram mövsümündə onlayn dələduzluq artır

Milli Satış Federasiyasının (National Retail Federation –NRF) alıcılara bir yaxşı, bir də pis xəbəri var. Yaxşı xəbər odur ki, onlar bayram alış-veriş mövsümü davam etdiyi bir vaxt elektrotexnika malları və geyimlərdə böyük endirimlər gözləyə bilərlər. Pis xəbər isə: dələduzlar internetdə saxtarkarlıq edəcək.

Şükranlıq bayramından sonra “Qara Cümə” endirimlərindən faydalanmaq üçün uzun növbələrdə dayanan alıcıları görmək artıq bir ənənəyə çevrilib. Satıcıları bu ilin də bərəkətli olacağını, satışların bol olacağını proqnozlaşdırırlar.

Qara Cümə

“Biz bütün bayram mövsümünə satış sənayesinin 656 milyard dollar qazanacağını gözləyirik.”

Bu, ötən illə müqayisədə 4 faiz çoxdur. Son 10 ildəki ortalama artım isə 2.5 faiz təşkil edirdi.

Böyük izdihamlardan qaçmaq üçün ağıllı alıcılar daha çox onlayn alış-verişə üstünlük verir. Bu il hədiyyələrin 10 faizi smartfon və ya kompyuter üzərindən alınacaq. Kredit kartlarına əlavə olunmuş təhlükəsizlik tədbirləri səbəbilə - cinayətkarların çoxu da alış-verişi bu yolla edəcək.

“İndi kartlar çipli olduğu üçün, cinayətkarlarının mağazalarda dələduzluq etməsi çətinləşib, buna görə də onlar alış-verişi internet üzərindən edir.”

Qara Cümə

Təhlükəsizlik ekspertləri deyir ki, smartfon vasitəsilə edilən əməliyyatların 1,2 faizi fırıldaq olacaq. Bəs ortalama qanunsuz əməliyyatı hansı miqdarda olur? Təxminən 200 dollar. Buna isə yalançı hədiyyələri qaytarmaq daxil deyil.

“Onlar saxta qəbz çıxarıb mağazaya gətirib “bunu internetdən hədiyyə olaraq almışam – bu da qəbzi” deyəcəklər.”

Bank mütəxəssisləri bu il saxta alışlarda 43 faiz artımın olacağını gözləyirlər. Onlar müştəriləri şifrələrini tez-tez dəyişməyə, şübhəli reklamları və ya emailləri açmamağa və təkcə təhlükəsiz və düzgün vebsaytlarda alış-veriş etməyə çağırırlar.