ABŞ prezidenti Co Bayden insan haqlarını Birləşmiş Ştatların xarici siyasətinin diqqət mərkəzində saxlayacağına söz verib. Aparıcı insan hüquqları müdafiəçiləri Birləşmiş Ştatların yeni administrasiyasının ciddi bəyanatlarını alqışlasalar da, bunun ardınca fəaliyyət göstərilməsinin vacibliyini vurğulayırlar.
Myanma, Rusiya və dünyanın digər yerlərində dinc etirazlara qarşı sərt basqılar Bayden administrasiyasının insan haqlarını ABŞ xarici siyasətinin diqqət mərkəzində saxlamaq vədi üçün sınaq oldu.
ABŞ Dövlət katibi Antoni Blinken: “Prezident Bayden insan haqlarını Amerika xarici siyasətinin mərkəzinə qaytarmaq işinə sadiqdir və bu, mənim və bütün Dövlət Departamentinin çox ciddi qəbul etdiyi bir öhdəlikdir.”
İnsan hüquqları üzrə bəzi ekspertlər prezident Co Bayden və Dövlət katibi Antoni Blinkenin Çinin etnik uyğur azlığa qarşı münasibətini daha kəskin tənqid etdiklərini əsas gətirərək, Trump administrasiyası ilə müqayisədə insan haqları mövzusunda fərqli ton verdiyini bildirir.
Amnesty International təşkilatının nümayəndəsi Coann Lin: “Bayden administrasiyası birmənalı şəkildə Çin hökumətinin uyğurlarla rəftarının tamamilə qəbuledilməz olduğunu və ABŞ hökumətinin buna göz yummayacağını aydın etdi. Bu, Çində insan haqları məsələsi ilə bağlı gördüyümüz radikal dəyişiklikdir. Fikrimcə, əvvəlki administrasiya dövründə istər Sincan regionu, istərsə də Honq Kong olsun, insan hüquqları pozuntularına kifayət qədər diqqət verilmirdi.”
Digər ekspertlər də administrasiyanın insan haqları məsələsinə qlobal səviyyədə diqqətini qeyd edirlər.
Human Rights Watch təşkilatının nümayəndəsi Sara Holevinski: “Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq olunan sanksiyaların qaldırıldığını gördük. Dünya boyu LGBT icmasına daha çox dəstək, vətəndaş cəmiyyətinə dəstək gördük. Əlbəttə ki, insan haqları, xüsusən Dövlət tatibi Toni Blinken tərəfindən tez-tez qeyd edilir.”
Lakin Holevinski və digər ekspertlər Yaxın Şərqi göstərərək, vəziyyətin yaxşılaşdırılması üçün hələ səylərə ehtiyac olduğunu vurğulayır.
Human Rights Watch təşkilatının nümayəndəsi Sara Holevinski: “Bəzi səhv addımlar da olub. Beləliklə, bəyanatlar deyil, daha praktiki addımlara insan hüquqlarını pozduqları ilə tanınan iki ölkə olan Birləşmiş Ərəb Əmirlikləri və Misirə silah satışı daxildir. Buna görə də hələ iş çoxdur.”
Ekspertlər bildirir ki, tonun dəyişməsi vacib olsa da, əsl sınaq Bayden administrasiyasının Rusiya və Çin kimi ölkələri insan hüquqları pozuntularına görə cavabdeh tuta bilməsi səylərinin nədən ibarət olacağıdır.
Amerika Tərəqqi Mərkəzinin təhilçisi Brayan Katulis: “Dövlət katibi Toni Blinkenin Çində uyğurlara qarşı baş verənlərin soyqırım olduğunu deməsi bir şeydir. Çini bu hərəkətlərə görə cavabdeh tutmaq və eyni zamanda, Çinlə iqlim, pandemiya və digər məsələlərdə əməkdaşlığa nail olmaq isə başqa məsələdir.”
İnsan hüquqları izrə bəzi ekspertlər Hindistanda və digər ölkələrdə COVD-19 nəticəsində ölüm hallarının artması ilə bağlı lazımi yardımın göstərilməsi işində də ciddi insan haqları probleminin olduğunu bildirir. Onlar Birləşmiş Ştatları və digər zəngin ölkələri həyat əhəmiyyətli vaksinlərə çıxış imkanlarını təmin etmək üçün intellektual mülkiyyət hüquqları qanunlarını müvəqqəti olaraq dayandırmağa çağırır.