Co Bayden Şükran bayramı münasibəti ilə xalqa müraciət edib

ABŞ-a yeni seçilmiş prezident Co Bayden çərşənbə günü amerikalıları sürətlə artan koronavirus pandemiyasına qarşı mübarizədə “nizələrimizi möhkəmlətməliyik”, lakin “Amerika bu müharibəni uduzmayacaq” deyib.

“Həqiqətən ümid var, buna görə də möhkəm olun. Bu, əbədi olaraq davam etməyəcək" - deyə, Bayden Şükran bayramından bir gün əvvəl etdiyi çıxışında bildirib.

Koronavirusa qarşı ilk peyvəndin dekabr ayının sonlarında hazır ola biləcəyini deyib və “bütün ölkəni mümkün qədər tez bir zamanda peyvəndlə təmin edəcəyik” - deyə, söz verib.

Delaver ştatının Vilminqton şəhərindəki evindən danışan Bayden amerikalıların çoxunun istəmədiyi və ya açıq şəkildə məhəl qoymadığı - məsafə saxlamaq, maska taxmaq və böyük qruplarla toplaşmamaq kimi tədbirlərə riayət etmələrinin vacibliyini vurğulayıb.

Biden ömrü boyu Şükran bayramıni ailə üzvlərinin toplaşdığıböyük məclislərdə keçirməyə alışdığını, lakin hazırda bu bayramı yalnız birinci xanım Cill Bayden, qızı Eşli və onun həyat yoldaşı Hovard Kerinlə birlikdə qeyd edəcəyini deyib.

Andiçmə mərasimi yanvarın 20-də keçiriləcək Bayden qarşıda ölkənin "uzun və sərt bir qışla qarşılaşacağını" deyib.

ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, son iki həftədə koronavirusa milyonlarla insan yoluxub və ölənlərin sayı isə 261 000-i keçib.

“Bir-birimizlə deyil, virusla müharibə etdiyimizi unutmamalıyıq. Bizim xalq bunun öhdəsindən gələcək" - deyə, Bayden əlavə edib.

Bayden noyabrın 3-də keçirilən prezident seçkilərində prezident Donald Tramp üzərində qələbə qazanıb. Lakin məğlubiyyətini qəbul etməkdən imtina edən Tramp seçkilərin saxtalaşdırıldığını deyir.

Bayden müraciətində Trampın adını çəkməyib, lakin o, “Amerikada tam, azad seçkilər keçiririk və sonra nəticələrə hörmət edirik" deyib.