Bayden Ukraynaya: "Rusiyanın müdaxiləsi davam edərsə, ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcək"

ABŞ Prezidenti Co Bayden bazar günü Ukrayna prezidenti Vladimir Zelenskiyə deyib ki, Rusiya Ukraynaya müdaxilə etməyə davam edərsə, ABŞ və müttəfiqləri “qətiyyətlə cavab verəcək”.

Telefonla danışıqları zamanı liderlər həmçinin Rusiyanın Ukraynanın şərq cinahına kütləvi şəkildə qoşun toplaması ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq üçün diplomatik səyləri müzakirə edib.

"Bayden və Zelenski Donbasda gərginliyin azaldılması və Minsk razılaşmasının tələblərinin həyata keçirilməsini sürətləndirmək üçün aktiv diplomatiya ilə bağlı tədbirləri müzakirə edib," deyə telefon söhbəti başa çatdıqdan sonra Ağ Evin mətbuat katibi Cen Psaki verdiyi açıqlamasında bildirib.

Bununla belə, bəyanatda deyilir ki, Bayden “Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini və öhdəliyini bir daha vurğulayıb” və bunların “sənin haqqında sənsiz heç nə” prinsipinə uyğun edildiyini deyib.

Zelenski isə Twitter səhifəsində iki liderin “Ukrayna, ABŞ və tərəfdaşlarının Avropada sülhün qorunması, gərginliyin artmasının qarşısının alınması, islahatlar və de-oliqarxizasiya üzrə birgə addımları” müzakirə etdiklərini yazıb.

“Biz Ukraynaya sarsılmaz dəstəyi yüksək qiymətləndiririk,” Zelenski bildirib.

Bayden Rusiya prezidenti Vladimir Putinlə Rusiyanın keçmiş Sovet respublikası ilə sərhədi boyunca yerləşdirdiyi təxminən 100 min əsgərini geri çəkməsinə dair bir o qədər də irəliləyiş əldə edə bilməsə də, ABŞ rəsmiləri Putinin Ukraynaya müdaxilə etmək qərarına gəlməsinə inanmadıqlarını bildirib.

ABŞ Prezidenti Co Bayden cümə axşamı rusiyalı həmkarı ilə 50 dəqiqəlik söhbəti zamanı Putin Ukraynaya müdaxilə edərsə, ABŞ və onun Qərb müttəfiqlərinin Moskvaya qarşı əhəmiyyətli iqtisadi sanksiyalar tətbiq edəcəyi barədə bir daha xəbərdarlıq edib. Bayden keçən ay Rusiyaya hərbi yolla cavab veriləcəyini düşünmədiyini demişdi.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra buna etiraz edən qərb ona qarşı daha zəif sanksiyalar tətbiq edib.

Keçən həftə Kreml Putinin Baydenə yeni, daha sərt sanksiyaların Vaşinqton-Moskva münasibətlərinin tamamilə pozulmasına səbəb ola biləcəyini bildirib.