Bayden Ukraynanı Rusiyadan qoruyacaq planının olduğunu deyir

ABŞ Prezidenti Co Bayden

ABŞ Prezidenti Co Bayden cümə günü müxbirlərə deyib ki, o, Rusiyanın Urkayna ilə sərhəddə vəziyyəti eskalasiya etməsini “çox, çox çətinləşdirəcək bir sıra təşəbbüslər üzərində işləyir.” Moskva həftələrdir Ukrayna ilə sərhədində qoşun və avandalıq cəmləşdirir.

Ukraynanın şərq sərhədində vəziyyət Moskvanın qonşusunu idxal etməyə hazırlaşdığına dair narahatlıqlara səbəb olub. Rusiyanın təcavüzü bu həftə NATO xarici işlər nazirlərinin görüşündə də diqqət mərkəzində olub. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib ki, vəziyyətin eksalasiyasının bədəli yüksək olacaq.

Moskva isə öz növbəsində ABŞ və Ukraynanın hücum edə biləcəyini bildirib.

The Washington Post cümə günü bildirib ki, Rusiya gələn ilin əvvəlində Ukraynaya 175 min qoşunun iştirakı ilə bir çox cəbhədən hücum etməyi planlaşdırır. Qəzət ABŞ rəsmilərinə və ələ keçirdiyi kəşfiyyat sənədlərinə istinad edib.

The Washington Post bildirir ki, ələ keçirdiyi məxfi ABŞ kəşfiyyatına aid sənəddə peyk görüntüləri yer alır və təxminən 70 minə yaxın Rusiya qoşunun Ukrayna ilə sərhəddə dörd ayrı nöqtədə cəmləşdirildiyi göstərilir.

ABŞ Müdafiə Nazirliyi Ruisyanın Ukraynaya qarşı “aqressiv hərəkətlər planlaşdırdığı” ilə bağlı “sübutlara görə dərin narahatlıq hissi”keçirir. Lakin nazirliyin sözçüsü Polkovnik leytenant Toni Semelrot Rusiyanın 175 min qoşunun iştirakı ilə mümkün hücumu ilə bağlı şərh verməyib.

“Biz kəşfiyyat qiymətləndirməsi etməyəcəyik,” Semelrot deyib. “Ancaq biz Ruisyanın Ukraynaya qarşı təcavüzkar addımlar planlaşdırdığına dair sübutlara görə dərindən narahatıq. Daha öncə dediyimiz ki, biz regionda de-eskalasiyanı və Ukraynanı şərinqdə münaqişənin diplomatik həllini dəstəkləməyə davam edirik.”

Bundan öncə cümə günü Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib ki, Ruisya Ukrayna ilə sərhəddə 94 mindən çox qoşun toplayıb bu da ona Ruisyanın yanvarın sonunda geniş-miqyaslı hərbi hücuma hazırlaşa biləcəklərini düşündürür.

Preziden Bayden cümə günü Ağ Evdə məsələ ilə bağlı müxbirlərə deyib ki, o, ABŞ-ın Avropa və Ukraynadakı müttəfiqləri ilə yaxın əlaqədədir. O bildirib ki, Dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan vəziyyətlə yaxından məşğul olur.

Bayden deyib ki, onun administrasiyası “cənab Putinin insanların narahat olduğu şeyi etməsini çox, çox çətindləşdirəcək bir sıra, zənnimcə, ən hərtərəfli və mənalı təşəbbüslər üzərində işləyir.”

Prezident bu təşəbbüslərin təfərrüatları ilə bağlı məlumat paylaşmayıb.

Bu həftə regionda gərginliyi azaltmaq üçün diplmatik səylər aparılıb. Blinken cümə axşamı Stokholmda həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Kreml cümə günü növbəti günlərdə Baydenlə Putin arasında video zəng üçün hazırlıqların aparıldığını bildirib.