Bayden: ABŞ Türkiyə üçün kürd təhlükəsini tanıyır

ABŞ-ın vitse-prezidenti Co Bayden İstanbulda mətbuat konfransı zamanı

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədə səfəri zamanı deyib ki, Vaşinqtonun İraqda cihadçlara qarşı kürd qüvvələrini dəstəkləməsinə baxmayaraq, Birləşmiş Ştatlar PKK-nın Ankara üçün İslam Dövləti yaraqlıları qədər təhlükə təşkil etdiyini tanıyır.

Bayden Suriyanın gələcəyi ilə gələn həftə beynəlxalq danışıqlardan öncə İstanbulda Türkiyənin Baş naziri Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Baş nazirlə görüşdən sonra Bayden deyib ki, İslam Dövləti yaraqlıları Türkiyə üçün "yeganə hədə deyil. PKK eyni dərəcədə təhlükədir və biz bundan xəbərdarlq. Bu, terror qrupudur və onların fəaliyyəti qəbuledilməzdir."

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşür

Bayden Xalq Müdafiə Birləşmələrini qınamadı

Tükiyədə müşahidəçilər Baydenin Xalq Müdafiə Birləşmələri kimi tanınan Suriyadakı kürd yarı-hərbi dəstələri qınamadaığını qeyd ediblər. Ankara PKK-ya etiraz qədər bu dəstəyə də etiraz edir. Kürd dilində YPG adlanan bu birləşmə Suriyanın nüfuzlu Kürd Demokratik Birlik Partiyası PYD-nin silahlı qanadıdır.

Kürdüstan Fəhlə Partiyasının yaraqlıları son 30 ildir Türkiyənin cənub-şərq bölgəsində əksəriyyət təşkil edən muxtariyyət qazanmaq üçün Türkiyə hökumətinı qarşı mübarizə aparır. PKK həmçinin İraqın şimalında ABŞ-ın havadan dəstəyi ilə İslam Dövləti qrupunun yaraqlılarına qarşı fəal döyüşür.

"İslam Dövləti yaraqlıları Türkiyə üçün "yeganə hədə deyil. PKK eyni dərəcədə təhlükədir və biz bundan xəbərdarlq." -ABŞ-ın vitse-prezidenti Co Bayden

Davudoğlu danışıqlar zamanı Ankaranın İraqda dekabr ayında mübahisələrə səbəb olmuş hərbi qüvvə yerləşdirməsini müdafiə edib. Türkiyənin bu addımı Bağdadda İraq liderləri tərəfindən etirazlarla qarşılanmışdı. Baş nazir Davudoğlu deyib ki, Türkiyə İraqın suverenliyinə hörmət edir və hərbi qüvvələr İslam Dövləti qrupunu hədəf alır.

Bayden bildirib ki, o, Davudoğlu ilə Türkiyənin Suriyada sünni ərəb qüvvələrinə İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizə aparmaq və Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən salınmasında necə kömək edə biləcəyi məsələsini müzakirə edib.İslam Dövləti qrupu İraqın şimalında və Suriya geniş ərazilərə nəzarət edərək, elan etdiyi "xilafətin" paytaxtı olaraq Suriyada Raqqa şəhərini seçib.

Birləşmiş Ştatlar Suriyada beş ilə yaxındır gedən döyüşlərə son qoymaq üçün siyasi həll yolunu dəstəkləyir. Lakin Bayden deyib ki, Birləşmiş Ştatlar "əgər bu, mümkün deyilsə...əməliyyatın hərbi yolla həllinə və İslam Dövləti qrupunun çıxarılmasına hazırdır."

İfadə azadlığı

Baydenin İstanbuldakı görüşləri onun Türkiyə liderlərini ifadə azadlığının təqib olunmasına görə tənbeh etməsindən bir gün sonra keçirilib. O, vətəndaş cəmiyyəti nümayəndələrinə deyib ki, Türkiyə hökuməti jurnalistlərin həbsi və hökumətin Türkiyənin kürdlərin əksəriyyət təşkil etdiyi cənub-şərq bölgəsində hərbi kampaniyasını tənqid etdiyinə görə ziyalılarla bağlı təhqiqata başlaması düzgün nümunə yaratmır.

ABŞ-ın vitse-prezidenti Co Bayden ABŞ-ın Türkiyədəki səfiri Con Bassla Türkiyənin vətəndaş cəmiyyəti fəalları ilə İstanbulda görüş zamanı

Bayden Vaşinqtonun NATO üzrə müttəfiqinə qarşı qeyri-adi kəskin tənqidi tonda deyib: "Media nümayəndələri qorxudulursa, ya da tənqidi reportajlara görə həbs edilirsə, internet azadlığı məhdudlaşdırılırsa, YouTube, ya da Twitter kimi sosial media saytları bağlanırsa və mindən çox alim petisiyaya imza atdıqlarına görə xəyanətdə ittiham edilirsə, bu, göstərilməli olan nümunə ola bilməz."

"Media nümayəndələri qorxudulursa, ya da tənqidi reportajlara görə həbs edilirsə, internet azadlığı məhdudlaşdırılırsa, YouTube, ya da Twitter kimi sosial media saytları bağlanırsa və mindən çox alim petisiyaya imza atdıqlarına görə xəyanətdə ittiham edilirsə, bu, göstərilməli olan nümunə ola bilməz."-ABŞ-ın viste-prezidenti Co Bayden

Görüşdən öncə Bayden müxbirlərə deyib ki, "Türkiyə uğur qazandıqca bütün Yaxın Şərq və dünyanın azadlıq anlayışı ilə mübarizəyə başlayan bir sıra yerlərinə güclü mesaj göndərilmiş olur."


O deyib ki, Vaşinqton Türkiyənin Yaxın Şərqdə dinamik demokratiyanın nə olduğuna güclü nümunə olmasını istəyir. Bayden noyabr ayında Cumhuriyyet qəzetinin baş redaktoru Can Dundar və qəzetin Ankara bürosunun rəhbəri Edem Gülün məxfi informasiyanın açıqlanması ittihamı ilə həbsini tənqid edib.

Cumhuriyyet qəzetinin baş redaktoru Can Dündar (sağda) və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gül (solda) İstanbulda məhkəmə qarşısında media ilə danışır, 26 noyabr, 2015-ci il

ABŞ-ın vitse-prezidenti həmçinin Türkiyənin kürdlərin yaşadığı yerlərdə hərbi kampaniyanı tənqid edən 1200-dən çox alimlə bağlı təhqiqata başladığına görə tənbeh edib.

İyirmidən çox alim soğu-sual edildikdən sonra azad edilib, lakin onalar bağlı təhqiqat davam edir. Türkiyə həmçinin ölkədə YouTube, Twitter və digər sosial şəbəkələrin kanalları vasitəsilə ölkəyə yayımın qarşısını alıb.