Ekspertlər: Bayden prioritetlərində ikitərəfli razılıqlar mümkün görünür

Prezident Co Bayden administrasiyasının bir həftədən az bir müddətdə hakimiyyətə gəlməsi ilə Vaşinqtonda söz-söhbət yeni prezidentin bir sıra sərəncamları ilə bağlı diskussiyalar, Kapitolinin fəaliyyətsizliyi və keçmiş prezident Donald Trampın impiçmenti məhkəməsi ətrafında dolaşır.
Hər üç məsələ ikitərəfli əməkdaşlıq üçün yaxşı deyil. Buna görə bədbinlik haqlı görünə bilər.

Bununla yanaşı, ekspertlər Baydenin keçən həftə inaqurasiya çıxışında göstərdiyi əsas siyasət sahələrinə baxdıqda razılaşmaların əldə edilə biləcəyi real olan bəzi sahələrinn də olduğunu qeyd edir.

Co Bayden koronavirusa qarşı mübarizə planını açıqlayıb. O, amerikalılara pandemiya və onun yaratdığı iqtisadi böhran səbəbilə yardım üçün bu qanunun təcili olaraq qəbul edilməli olduğunu deyib. Planın 1,9 trilyon dollar dəyərində olacağı təxmin olunur.

Həm Demokrat, həm də Respublikaçı qanunvericilər hazırda prioritetin COVID-19 peyvəndi və sınaq səylərini sürətləndirmək olduğunu deyib.

Lakin bəzi Respublikaçılar Baydenin təklifini qiymət etiketinə görə “gəldiyində ölü” olacağını bildirib.

Digər müşahidəçilər isə ilkin istəksizliyin ölkənin iqtisadi vəziyyətinin reallığını aradan qaldırılacağına inanır.

Urban-Brookings Vergi Siyasəti Mərkəzinin baş elmi işçisi Hovard Qlekman çox az qanunvericinin insanların virusa qarşı vaksinasiyasına yönəlmiş proqramların qarşısını almaq istədiyini bildirsə də, çox ehtimal ki, stimul ödənişlərinin həcmi ilə bağlı bəzi mübahisələrlə təklifin bu hissəsinin populyarlığının tamamilə məhvinin çətin olacağını deyib.

Xüsusilə vergi siyasəti ilə əlaqədar olaraq Qlekman yardım paketində və ya sonrakı bir qanun layihəsində ortaya çıxa biləcək bir sıra təkliflərə dair ikitərəfli razılığın əldə ediləcəyinə inanır.

Uşaqlı ailələr üçün vergi kreditinin və uşaqsız işçilərə qazanılmış gəlir vergisi kreditinin genişləndirilməsinə dəstək var.

Qlekman Baydenin “Made In America” siyasətinin yerli istehsalın inkişaf etdirilməsini nəzərdə tutduğu üçün böyük ehtimalla hər iki tərəflin dəstəyini qazana biləcəyini deyib.

Ticarətlə bağlı mübahisələr Co Baydenin son dəfə Ağ Evdə vitse-prezident vəzifəsində çalışdığı dörd ildən bəri kəskin şəkildə dəyişib. Tramp dövründə Respublikaçılar tarifləri və proteksionizmi dəstəkləyərək və keçmiş prezidentin siyasətini davam etdirərək ticarətdəki mövqeyini kökündən dəyişmişdi. Bu, təəccüblü görünsə də, bu, ticarət ikitərəfli əməkdaşlıq üçün ən yaxşı sahələrdən birinə çevirir.

Bir neçə kənar şəxs istisna olmaqla, Nümayəndələr Palatası və Senatdakı Respublikaçılar Bayden və Demokrat Partiyasının müdafiə etdiyi əsas iqlim təşəbbüslərinin əksəriyyətinə qarşıdır.

İşə başladığı ilk gündə Baydenin ABŞ-ın Paris İqlim Sazişinə qayıdacağını elan etməsi Konqresin bir çox Respublikaçı üzvünün qəzəbli ifadələri ilə qarşılanıb.

Co Bayden administrasiyası ilk günündə ABŞ-da qanuni statusu olmayan 11 milyona yaxın insana vətəndaşlıq üçün səkkiz illik bir yol təqdim etməyə ümid bəsləyir.

Təqdim edilən geniş immiqrasiya qanunu Tramp administrasiyasının sərt mühacirət siyasətini dəyişmiş olacaq.

Qanunvericilik Baydenə dörd il davam edən prezident Donald Trampın məhdudlaşdırıcı siyasətlərindən və kütləvi deportasiyalarından sonra latino seçiciləri və digər immiqrant icmaları üçün əhəmiyyətli bir kampaniya vədini yerinə yetirməyə imkan yaradacaq.

Vaşinqtondakı Miqrasiya Siyasəti İnstitutunun analitiki Sara Pirs Trampın hakimiyyəti illərində susan, lakin Baydenin təklif etdiyi bəzi dəyişikliklərə dəstək verə biləcək bir sıra immiqrasiya tərəfdarı Respublikaçıların olduğuna inanır.
Məsələn, Baydenin ixtisaslı işçilərin ölkəyə gətirilməsi prosesini sürətləndirmək və genişləndirmək təklifi iş adamları ilə əlaqəsi olan Respublikaçıların dəstəyini qazana bilər.